Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dərdim çoxdu, dindirməyin həzarat! Məni bir alagöz ceyran öldürür. Qılıncsız, tüfəngsiz alır canımı, Kimsə bilmir, pünhan-pünhan öldürür. Heç bilmirəm neyləmişəm, neylərəm, Xəncər alıb, qara bağrım teylərəm, Bir canım var, yara qurban eylərəm, El desin: "Aşiq də qurban öldürür". Ələsgərəm, bir gözələ mehmanam, Ölməyincə çətin dönəm, usanam, Əzrayılı qanlı tutmasın anam, Məni bir kirpiyi peykan öldürür.
·
110 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.