Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Tellərin.
Ay qız, sənin nə vədəndi, Kəsilib qısa tellərin? Kəlağayı əlvan, qiyqacı, Üstündən basa tellərin. Yanaqların güldü, solmaz, Oxladın, yaram sağalmaz. Qaşın cəllad, gözün almaz, Bağrımı kəsə tellərin. Bağban ağlar bar ucundan, Xəstə ölər nar ucundan. Ələsgərtək yar ucundan Batıbdı yasa tellərin.
·
140 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.