Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
·
Puan vermedi
·
5 günde okudu
Məsudə Cabbar
Məsudə Cabbar
'ın oxuduğum ikinci əsəri idi.Ümumiyyətlə yazıçının qələmini bəyənirəm.Niyəsə onun kitabları mənə "reallıq çərçivəsində xəyal qurdurur" deyə bilərəm.Yəni həyatı tam olaraq "toz pembe" təsvir etmir.Amma eyni zamanda ümidsizlik də yaratmır.Sanki "xəyal qur,ümid etməkdən heç vaxt imtina etmə.Amma həqiqətləri də gözardı edərək unutma" deyir... Ümumi olaraq götürsək kitabı həqiqətən bəyəndim.Konkret bir janrda deyil.Nə klasssik kitablar tərzindədir,nə də wattpad.Bir kitabda din,fəlsəfə,dünyagörüşü,antik yunan filosoflarının həyatı,müharibədən fraqmentlər,mentalitet qalıqları,düşüncə cərəyanı,sağlamlıq qorxusu,sevgi,nifrət,kin,ədalət, ədavət,mərhəmət,vicdan,ana təbiət var idi...Bəli bütün bu saydıqlarım,hətta daha artığı sadəcə bir kitabda cəmlənmişdi.Bəzilərinə görə bu "mənasız" və yaxud "yersiz" gələ bilər.Amma məncə konkret bir mövzuda olmağındansa,qarışıq olmağı daha yaxşıdır. Sadəcə kitabda orfoqrafik səhvlər var idi.Elə sözlər var idi ki,ümumiyyətlə doğru yazılmamışdı.Həmçinin bəzi yerlərdə durğu işarələrindən də düzgün istifadə edilməmişdi.Bir oxucu üçün bu çox çətin bir haldır))Ümidvaram ki,sonrakı nəşrlərdə bu problem həll olunar :) Yazıçının zövqünü çox bəyənirəm.Həm musiqi,həm də film tövsiyyələri əla idi.Məsudə Cabbarın kitablarını sevmə səbəblərimdən biri də obrazların (özünün zövqü olduğundan əminəm) dinlədikləri musiqilər və izlədikləri filmlərin mükəmməl olmasıdır.Elə bilirdim hekayəsi olan musiqiləri təkcə mən bu qədər sevirəm...Və ən əsası isə kitab tövsiyyələri
Dinlə Məni
Dinlə Məni
kitabını bitirdikdən sonra oxumalı olduğum kitab siyahısı xeyli uzandı)İlk dəfədir gördüyüm kitablarla qarşılaşdım.Üstəlik hər biri fərqli tərzdə,fərqli janr və mövzularda idi.Hətta bəzilərinin mövzusu o qədər maraqlı idi ki,oxumaq üçün səbirsizlənirəm.Sənədli film demək olar ki,heç izləməmişəm.Artıq izləmək istəyirəm.Görün bir kitab insana nələr qata bilir :) Yazıçı idealist olduğu qədər həm də realistdir.Kitabdakı hadisələrin cərəyanı məncə bunu sübut edir.Səhv etmirəmsə kitab 2016cı ildə yazılıb,amma 2024ü də bir az özündə əks etdirib)Lazımsız youtube reklamları daha çox artıb məsələn,insanlar artıq daha da qəddarlaşıb.Ölüm əvvəlkinə nəzərən daha çox artıb və daha çox adiləşib...İndi sevgi daha dəyərsizdir,demək olarki oyuncağa çevrilib :) Və ən əsası "Çilek kokusu" seriallarının sayı artıbBu hissəyə nə qədər gülmüşəm inanmazsınız.Təhlilimi "Biz uşaq olanda belə deyildi" şeirinə çevirməzdən əvvəl kitabın məğzinə toxunmaq istəyirəm :) SPOİLƏR! Zəhra obrazı-Yaşı az olmasına baxmayaraq həyatı dərindən anlayan biridir məncə.Bir az kədərli,içinəqapanıq,dünyanı gözü ilə deyil ruhuyla görən tiplərdəndir.Melanxolik deyil,sadəcə düşünən,anlayan,oxuyan və araşdıran hər insan kimi Zəhra da bir az kədərlidir :)Hadisələri geniş perspektivdən görməyi bacarır.Sadəcə "şəkili" deyil,"kameraarxasını" da görür.Hadisələri bir biri ilə əlaqələndirərək konkret nəticə çıxarmağı bacarır.Öz doğruları ilə yaşayır.Sosial olduğu qədər,həm də asosialdır. Zəhra həmdə situasiyadan asılı olaraq tez ruhdan düşən biridir. Doğrusu kitabda Zəhranın vəziyyətini öyrənəndə uzunmüddətli bir şok yaşadım.Eynilə Raul kimi...Amma Rauldan daha tez mənimsədim bu vəziyyəti.Nə yalan deyim,Raulun Zəhraya o cür reaksiya verməsi məni belə incitdi Həyat gecikənləri bağışlamadığı kimi,diqqətsizliyi də bağışlamır.Zəhranın vəziyyəti onun "günahı" deyil,diqqətsizliyi idi.Daha dəqiq desək,əsrin bəlasına çevrilmiş mobil telefonlardan düzgün istifadə edilməməsi idi. Sevindiyim nüanslardan biri də Zəhranın ailəsinin tam olaraq "ailə" olmağı bacarması idi.Bir dəfə də olsun qızlarını qınağa çəkməmiş,günahlandırmamışdılar."Bizə yük olursan" cümləsini qurmamış,əllərindən gələni,hətta daha artığını etmişdilər.Ən önəmlisi isə övladlarını sevməkdən heç vaxt imtina etməmişdilər.Onu hər halıyla qəbul etmiş,aldığı hər nəfəsə şükür etmişdilər.Tək sevmədiyim xüsusiyyətləri uşaqlarını həddindən artıq mühafizəkar mühitdə böyütməkləri idi.(Guya bizim ölkədə fərqli mühit çoxuymuş kimi danışdım...)Yenə də ən azından yemək mövzusunda övladın öz seçim şansı olmalıdır,elə deyil?Sağlamlıq önəmlidir,amma həyatdan zövq almaq da ən az onun qədər önəmlidir :d Həlimə obrazı-fədakarlıq simvoludur mənim üçün...Evin böyük uşağı olmanın verdiyi məsuliyyət bu gənc qızın çiyinlərinə sözün əsl mənasında yük idi.Özü hiss etməsə belə...Həm tibb universitetindən oxumaq,həm evin bütün işlərini həll etmək,həm sosial həyatını idarə etmək,həm də bacısına baxmaq...O bütün bunları eyni anda edirdi.Həqiqətən bacı olmaq ana yarısı olmaqdır bəzən.Of deməməkdir,bezməmək,yorulmamaqdır.Bacının tək gülümsəməsiylə bütün yorğunluğunu unutmaq,onun xoşbəxtliyi ilə xoşbəxt olmaqdır.Ancaq yenə də bütün bunlarla birgə həmdə insan "öz" olmağı bacarmalıdır.Düzdür,Həlimə özünə vaxt ayırırdı,əylənir,yeni yerləri gəzir,istirahət edirdi.Amma bütün bunları edən zaman özünü "yarım" hiss etdiyindən əminəm...Tək qalmaqdan qorxurdu o...İtirməkdən qorxurdu... Həlimə həm də bir az "şıpsevdi" biri idi))Sevgi anlayışı fərqli idi.Çünki nə istədiyini tam olaraq bilmirdi.Ya da əksinə bilirdi və məhz onu axtarırdı :) Raul sevdiyim obrazlardan biri idi.Məğrur,ailə canlı,mərhəmətli,zarafatcıl və savadlı idi.Anasına olan bağlılığı təqdirəlayiq idi.Toksikləşmədən münasibəti yürütməyi bacarır,harda dayanmalı olduğunu bilirdi.Sərhədlərini qoruyurdu.Hansı ki bu ən sevdiyim xüsusiyyəti idi.Yenilikləri sevir,dəyər verməyi bacarırdı.Ən əsası isə stereotipləri qırmağı bacarmışdı.Raul "Kişi" belə olmalıdır qəlibini aşmışdı. Həm Zəhra,həm də Raulu tanıdıqdan sonra bir daha anladım ki,insan danışmadan da danışa bilərmiş.Bəzən kiminsə bizi dinləməyini istəyirik.Artıq görülmək,"mən də varam" deyə bağırmaq,bizi biz demədən anlayan biri olsun istəyirik.Zəhra və Raul tam olaraq beləydilər...Onlar susaraq danışdırdılar. "Ruhumdan her geçeni dudaklarıma yollasam,ruhuma ne kalır?" cümləsinin təsdiqi idi onlar... Kitabdan sonra fiziki məhdudiyyəti olan insanlara qarşı daha həssas olacağıma əminəm)Artıq az da olsa necə hiss etdiklərini,hansı çətinliklərlə qarşılaşdıqlarını bilirəm çünki.Onları "anormal" olaraq qəbul edən bir cəmiyyətdə özlərini nə qədər "normal" hiss edə bilərlər axı,elə deyil?)Yenə də hər günə ümidlə başlayan,şükür edən və səbr edən hər insanın sonda mükafatını alacağına əminəm mən :) Bu evrende Raul və Zəhra xoşbəxt idi bəlkə də,amma başqa bir evrende Məhəmməd və Məryəm deyildi...Bu kiçik hekayə mənə kitabın özündən daha çox təsir etdi.Az öncə ümidlə bağlı qurduğum cümləni təkrar təkrar sorğulatdı...Müharibə o qədər dəhşətli və acı vericidir ki,onun qazananı olmur.Geriyə qalan tək şey sönmüş ocaqlar,onunla birgə sönən ümidlər və xəyallar olur...
Dinlə Məni
Dinlə MəniMəsudə Cabbar · 2016154 okunma
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.