Gönderi

8/10
·356 syf.··
2024 203. kitabı
·
8 günde okudu
·
Okunma: 14 Nisan 2024 12:22
Dan Ulduzu Son zamanlar oxuduğum çox maraqlı kitablardan biri. Yəqin ki, kitabın belə təsirli olmasına yazıçının öz sahəsindəki uğurlu və bacarıqlı şəxs olması və bu bacarığının əsərə təsirsiz ötüşməməsidir. Əslində kitabın mövzusu - özünüinkişaf və bununla əlaqəli şaxələnmiş fikirlərdən irəli gələn məsələlərdir. Hadisələr bir gəncin dəniz sahilində tanımadığı bir nəfərlə qarşılaşması ilə başlayır. Çətin dövrlərdən keçən və cürbəcür narahatedici fikirlərin astasında qalan bu gəncin eşitdiyi cümlələr və dərin izahlar qarşısında həyatında yeni səhifə açılır. Kitabın son səhifələrinə kimi maraqlı fikir mübadiləsi bir-birini əvəz edir. Digər özünüinkişaf yönümlü kitablardan fərqli olaraq sadəcə təkrarlanmış “söz yığınından” ibarət deyildi. Oxumağı tövsiyyə edirəm.
İnceleme
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
·
2 +1'leme
·
170 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.