Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

DEKART İSTİQAMƏTİNDƏ İLK BAŞLANĞIC
Rene Dekart... Modern Fəlsəfənin sözcüsümü yoxsa köhnə ilə yeni arasında sağlam bir körpümü? Dekart özündən əvvəlki mütəfəkkirlərdən fərqlənirdimi və yaxud özündən sonra gələn filosoflara yeni bir metod yaradıcısı olaraq nə miras qoymuşdur? Bu kimi sualların düşünülərək araşdırılıb öyrənilməsi o qədər maraqlıdır ki... Fəlsəfəyə dayanan biliklərim əsasında onu deyə bilərəm ki, bu filosof haqqında danışarkən biz: "Müasir Fəlsəfənin Qurucusu" olaraq sözə başlasaq onu yanlış bir fikirdə və yanlış bir tərzdə yüksəltmiş olarıq ki, bu da onun fikirləri ilə tanış olarkən yaranmış olan düşüncələrimizə yanlış bir istiqamət verə bilər. Ən başlıca: "Bu fikri Qaliley söyləmiş və Nyuton daha da genişləndirmişdir, burada yenilikçi bir metod olaraq nə görə bilərik ki?" fikri bizə hakim ola bilər. Ancaq, Rene Dekartı bu şəkildə deyil də, onu həm yeni dövrün sözcüsü, həm də köhnənin bir təmsilcisi kimi təqdim etsək "Dekart Fəlsəfəsinə -- Kartezyen Fəlsəfəsi" doğru bir istiqamət vermiş olarıq. Nəticə olaraq, filosofun özündən əvvəlki dövrlərlə zəncirini qoparmadan, onun yeni, yəni özündən sonrakı dövrə olan təsirini anlaya bilərik. Yazımın olduqca maraqlı ardı olacaq...
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.