Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

OXUMASANDA OLAR...
1k da az müddətdir varam, amma hər şeyə çox diqqət edirəm, baxıb görürəm millətin çoxsu romantik, hisslərlə bağlı olan janra daha çox üstünlük verir, elmi kitablara isə çox nadir hallarda rast gəlirəm oxuduqlarını. Bunu düşünüb mən də qərara gəldim bu janra keçim, az müddətdi oxuyuram və bunları qəsdən paylaşıram və şahidi oluram ki, duyğularımıza aid olan paylaşımlara daha çox bəyəni, şərh gəlir, elmi kitabdan sitatlar paylaşanda isə az, heç oxumurlar belə ( təbii ki, bəziləri kimi paylaşımları bəyəni yığmaq üçün etmirəm). Mən indi anlayıram bizim ölkə niyə elm cəhətdən geridə qalıb, çünki maraq yoxdur, camaat ancaq ülvi hisslərə maraq göstərir, bilirəm, bunlarda dəyərlidi, özəldi, həyatımızın bir parçasıdır, amma elmsiz biz heçnəyik, elm bizim həyatımızın bir parçası olmalıdır, nə qədər ülvi hisslərin arxasınca qaçacağıq? Niyə biz bizi daha çox inkişaf etdirəcək elmi biliklərin arxasınca gedmirik?. Zövqlər müxtəlifdir tamam, amma biz birlikdə irəliləyə, inkişaf edə bilərik, tək nəfərlə ölkə inkişaf etmir. Baxıram ilahi, oxuduqlarının 99% sevgidən bəhs edir, nakam sevgi, ay elə belə, amma hansı hissləri hansı hormonlar yaradır, hansı hormon nəyi ifraz edəndən sonra necə olur bunu( çoxu) bilmir. Nə vaxt ki, sevgidən başımız açılacaq, elmə can atacayıq, o zaman ölkə olaraq inkişaf edəcəyik. Hamımız özümüzü ağıllı zənn edirik, bir iki kitab oxumaqla və ya kitab bölməsini kitab sayı çox olsun deyə doldurmaqla ağıllı olmuruq nədə kitabqurdu olmuruq. Baxırsan nə qədər kitab oxuyub, amma şərhlərdə insanlara elə reaksiya verir ki, dəhşətə gəlirsən, biri camaatın yazısından səhv tutur, biri 1k-ya dəxlisi olmayan paylaşımlar edir, biri sırf diqqət çəksin deyə gəlir yersiz və əsassız səbəblərlə şərh yazır. Həqiqi elm arxasınca gedib oxuyan danışanda isə insanların çoxu ağız burun əyir, gedib instagramda tik tokda bir iki qeyri dəqiq elmi qısa məlumat oxuyub deyə özünü o oxucudan üstün tutub özünü ağıllı sanır. Kitabın pisi yaxşısı olmur zövqlər müxtəlifdir fikirləri ilə razılaşmıram və sırf elə kitab oxumaq dəb olub deyə bir çoxları buna görə nə gəldi oxuyur. Kitab oxumaq dəb deyil, EHTİYAC OLMALIDIR!!!
·
1 artı 1'leme
·
699 görüntüleme
Elvira okurunun profil resmi
Bizim başımız hal hazırda, niye öz dilimiz qala qala başqa dildə oxuyursuz, dilimizə hörmətsizlik edirsiz, nöqtədən sonra böyük hərif yazılır, kimi məsələlərə qarışıb. Sizin də qeyd etdiyiniz kimi, bir-birimizdə səhv axtarırıq. Bunu bitirdiyimiz zaman sıra elmi kitablar oxumağa, özümüzü inkişaf etdirməyə gələcək.
Möcüzə okurunun profil resmi
Çox gözəl vurğuladınız👍👍👍
Fatima Mhrremova ♡ okurunun profil resmi
Normalda belə uzun yazıları oxumağa səbrim çatmır, amma ərinməyib oxudum. Fikirlərinizlə qismən razıyam.Amma nəzərə alaq ki,biz oxucuların elmi əsər oxuması ilə ölkə inkişaf edən deyil. İnkişaf üçün deputat və nazirlərin düz əməlli təhsil alması lazımdı. Danışıqların düzəldib nazir kimi danışması lazımdı. Təhsil nazirimizin lüğətinıdən "ııı"ları çıxarması lazımdır. Təhsil ocaqlarında müəllimlərin rüşvətsiz qiymət yazması lazımdır.)) Mən yorucu günün sonunda, yorğunluğu atmaq,fikirlərimin dağılması üçün bu tip kitablara üstünlük verirəm. Yəqin razılaşarsınız ki,roman oxumaq daha asan və maraqlı olur.
Möcüzə okurunun profil resmi
Həmin o insanlar kimdi? yadplanetli deyilki. Onlarda bizim içimizdən çıxıb da. Gələcəyin bu sahələrdə işləyəcək nə qədər gənclərimiz var, onlar oxuyub öyrənsə və inkişaf etsə dəyişiklik olacaq çünki onlar bizim içimizdən çıxıblar. Sadəcə millətcə hökümətdən qorxanlarıq, səsimizi çıxarıb nəsə deməyə qorxuruqki sakit yaşayırıq da. Halbuki millət hökümətdən yox, hökumət millətdən qorxmalıdır.
3 sonraki yanıtı göster
Xəzər okurunun profil resmi
Düzdür haqlısan amma bizdə kifayət qədər tərcümə olunmuş elmi kitablar da yoxdur bu da zəif cəhətdir. Tərcümə olunan elmi kitabların əksəriyyətini də qanun nəşriyyatı bərbad vəziyyət də tərcümə edib( Karl Saqan Kosmos; Mavi Nöqtə kitablarını oxuduqda şahid olmuşam) mən təkcə azərbaycan dilində oxuduğuma görə bizim dildə kifayət qədər tərcümə olunmuş elmi və fəlsəfi kitablar tapa bilmirəm ona görə məcburiyyətdən daha çox bədii ədəbiyyat oxuyuram
Möcüzə okurunun profil resmi
Buna qatılıram, haqlısınız, amma biri var heç olmaya. Bunun üçün çıxış yolu dil öyrənməkdir, dil öyrənmək üçün isə əlimizdə nə qədər imkanlar var, internet dövründə yaşayırıq, elmə can atan insanlar mütləq bir yolunu tapır. Adicə primitiv misal, yersiz kitabları oxumağa ayırdıqları vaxtı dil öyrənməyə ayıra bilərlər və ya başqa metodlardan istifadə edib biliklərini artıra bilərlər. Mən roman oxuyanları yargılamıram, romanda oxumaq lazımdır, amma bəsit yazılmış romanları deyil, o romanlardan ibrət götürülməsi mümkün olan romanlardan bəhs edirəm.
9 sonraki yanıtı göster
Salman Ferzelıyev okurunun profil resmi
Doğru !!! 👍🏻👍🏻👍🏻
hayatınışekillendirmeyeçalışanbiri okurunun profil resmi
Bəyəndim, məndə çalışıram elmi oxuyum
Möcüzə okurunun profil resmi
Bu yolda sizə uğurlar, xoş və faydalı mütaliələr, sevindim buna👍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.