Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

OXUMASANDA OLAR...
1k da az müddətdir varam, amma hər şeyə çox diqqət edirəm, baxıb görürəm millətin çoxsu romantik, hisslərlə bağlı olan janra daha çox üstünlük verir, elmi kitablara isə çox nadir hallarda rast gəlirəm oxuduqlarını. Bunu düşünüb mən də qərara gəldim bu janra keçim, az müddətdi oxuyuram və bunları qəsdən paylaşıram və şahidi oluram ki, duyğularımıza
·
1 artı 1'leme
·
1.250 görüntüleme
Fatima Mhrremova ♡ okurunun profil resmi
Öne Çıkan Yorum
Normalda belə uzun yazıları oxumağa səbrim çatmır, amma ərinməyib oxudum. Fikirlərinizlə qismən razıyam.Amma nəzərə alaq ki,biz oxucuların elmi əsər oxuması ilə ölkə inkişaf edən deyil. İnkişaf üçün deputat və nazirlərin düz əməlli təhsil alması lazımdı. Danışıqların düzəldib nazir kimi danışması lazımdı. Təhsil nazirimizin lüğətinıdən "ııı"ları çıxarması lazımdır. Təhsil ocaqlarında müəllimlərin rüşvətsiz qiymət yazması lazımdır.)) Mən yorucu günün sonunda, yorğunluğu atmaq,fikirlərimin dağılması üçün bu tip kitablara üstünlük verirəm. Yəqin razılaşarsınız ki,roman oxumaq daha asan və maraqlı olur.
Möcüzə okurunun profil resmi
Həmin o insanlar kimdi? yadplanetli deyilki. Onlarda bizim içimizdən çıxıb da. Gələcəyin bu sahələrdə işləyəcək nə qədər gənclərimiz var, onlar oxuyub öyrənsə və inkişaf etsə dəyişiklik olacaq çünki onlar bizim içimizdən çıxıblar. Sadəcə millətcə hökümətdən qorxanlarıq, səsimizi çıxarıb nəsə deməyə qorxuruqki sakit yaşayırıq da. Halbuki millət hökümətdən yox, hökumət millətdən qorxmalıdır.
3 sonraki yanıtı göster
Elvira okurunun profil resmi
Bizim başımız hal hazırda, niye öz dilimiz qala qala başqa dildə oxuyursuz, dilimizə hörmətsizlik edirsiz, nöqtədən sonra böyük hərif yazılır, kimi məsələlərə qarışıb. Sizin də qeyd etdiyiniz kimi, bir-birimizdə səhv axtarırıq. Bunu bitirdiyimiz zaman sıra elmi kitablar oxumağa, özümüzü inkişaf etdirməyə gələcək.
Möcüzə okurunun profil resmi
Çox gözəl vurğuladınız👍👍👍
VüsaIe Quluzadeh okurunun profil resmi
Mocuze xanim az evvel dunen paylasdigim bir iletiye " Bele olanda nolur ki,bunlarin sayi cox olanda nolur kii?" sualini yazmisdiniz ) oxudugunuz kitablari ne ucun oxuyursuz? ) yeni basqa niyyetim yoxdu sadece maraqli geldi deye sorusuram) ve paylasdiginiz bu iletinizde coxlu herf ve soz sehvlikleri vardir) mencede elmi kitablara ustunluk verin siz) yene deyirem sizin sozunuz olmasin basqa niyyetim yoxdu )
aliyva.n okurunun profil resmi
Fikirlərinizin bir çoxu ilə razıyam lakin kitablar ancaq elmi və romantik janrlardan ibarət deyil. Eləsi var nə elmi oxuyur nə də romantik. Ancaq detektiv janrı sevir. Eləsi də var fantastik janrı sevir və s. Ümumiyyətlə heç kimi niyə elmi əsərlər oxumursan deyə qınaya bilmərik. Hamı da elmi kitab oxuya bilməz onsuzda. Zövqlər, maraq dairələri, sahələr fərqlidir. Qaldı ki, ölkənin inkişaf etməsinə elmi kitablar oxumaqla düzələn iş deyil çox təəssüf ki.
1 önceki yanıtı göster
Möcüzə okurunun profil resmi
Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm💐
Xəzər okurunun profil resmi
Düzdür haqlısan amma bizdə kifayət qədər tərcümə olunmuş elmi kitablar da yoxdur bu da zəif cəhətdir. Tərcümə olunan elmi kitabların əksəriyyətini də qanun nəşriyyatı bərbad vəziyyət də tərcümə edib( Karl Saqan Kosmos; Mavi Nöqtə kitablarını oxuduqda şahid olmuşam) mən təkcə azərbaycan dilində oxuduğuma görə bizim dildə kifayət qədər tərcümə olunmuş elmi və fəlsəfi kitablar tapa bilmirəm ona görə məcburiyyətdən daha çox bədii ədəbiyyat oxuyuram
Möcüzə okurunun profil resmi
Buna qatılıram, haqlısınız, amma biri var heç olmaya. Bunun üçün çıxış yolu dil öyrənməkdir, dil öyrənmək üçün isə əlimizdə nə qədər imkanlar var, internet dövründə yaşayırıq, elmə can atan insanlar mütləq bir yolunu tapır. Adicə primitiv misal, yersiz kitabları oxumağa ayırdıqları vaxtı dil öyrənməyə ayıra bilərlər və ya başqa metodlardan istifadə edib biliklərini artıra bilərlər. Mən roman oxuyanları yargılamıram, romanda oxumaq lazımdır, amma bəsit yazılmış romanları deyil, o romanlardan ibrət götürülməsi mümkün olan romanlardan bəhs edirəm.
9 sonraki yanıtı göster
Hüseyn Abdulzadə okurunun profil resmi
Təəssüf ki, "toplum olaraq bizdə oxumaq mədəniyyəti formalaşmayıb" desəm haqsız olmaram.Oxuyan qismi də saf-çürük etsək geriyə bir şey qalmır.Oxuma alışqanlığı ailədən və məktəbdən formalaşır.Şəxsən ətrafımda tanıdığım oxuyan ailələri saysam bir əlin barmaqlarının sayına çatmır.Məktəblərdə də (əksər) vəziyyət heç ürəkaçan deyil.Bütün yük şəxsin özünə düşür.Sonradan da ya universitetin "qəlibinə" uyğunlaşırıq ya da şəxsi həyata başımız qarışır.Yəni bu həyat dövrlərində kim oxumağın vacibliyini anlayırsa qoçağ adamdır. Təbii ki, bütün bunlar heç kimə tam olaraq haqq qazandırmasa da müəyyən qədər haqlılıq payı verir. Demək istədiyim bu məsələdə əsas məsuliyyət ailədə və müəllimlərdədir Şəxsi fikrim belədir, haradasa səhv etmiş ola bilərəm.
Möcüzə okurunun profil resmi
Qatılıram, amma elə problemin özüdə valideynlər və müəllimlərdir. (keçmiş, yaşlı nəsil) valideynlərin maraq dairəsi tamam başqa şeylərə olduğu üçün övladlarda ona uyğun böyüyür, müəllimlərə gəldiksə isə, onların bir çoooxuu heç öz dərsini sevdirə bilmirlər şagirdlərinə, əksinə nifrətlə, qəzəblə dərs keçirilir və nəticədə şagird nəyin ki, mütaliə etməyə, heç öz dərsini belə oxumur. Keçmiş nəsl ömürlərini bitirsə, yeni nəsil özləri həll edəcəklər, amma keçmişin qalıqları ( keçmişdəkilərin yolun gedənlər) olacaq, amma məncə haçansa inkişaf olacaq, bizlər görməsəkdə əlbət bir gün olacaq.
4 sonraki yanıtı göster
hayatınışekillendirmeyeçalışanbiri okurunun profil resmi
Bəyəndim, məndə çalışıram elmi oxuyum
Möcüzə okurunun profil resmi
Bu yolda sizə uğurlar, xoş və faydalı mütaliələr, sevindim buna👍
Salman Ferzelıyev okurunun profil resmi
Doğru !!! 👍🏻👍🏻👍🏻
İyun şehi okurunun profil resmi
Çox doğru qeyd etmisiz . Məndə həmişə fikir verirəm oxuduğu kitab sayı sıfır olan oxucuların takipçi sayı minlərlə paylaşdığı hər hansı bir cümlə (qəlb qırıqlığı falan ) yüzlərlə bəyəni alır bunları görəndə çox təəsüf edirəm . Vəya sırf görüntü xatirinə oxuyanlar , kitabın ancaq şəklini ( yanında kofe falan ) çəkib paylaşanlar ... Oxuduqları kitablar isə nə sözdə şəxsi inkişafdıda .... Həqiqətən də Kitab oxumaq , anlamaq lazımdı .
Möcüzə okurunun profil resmi
👍👍💐💐
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.