Bu gün isə Jojo Moyesin "Səndən sonra mən" romanını oxudum. Eger "Senden öncə mən" romanını oxumusunuzsa, filmini izləmisinizsə o zaman sizə "Səndən sonra mən" romanını oxumağı bir o qədər də məsləhət bilməzdim. Çünki "Səndən öncə mən" romanında William Tarynor ilə tanış olub ona aşiq olan Louisa onu fiziki əngəlli olmasına baxmayaraq sevir. Böyük sevgi hekayəsi yaşayan aşiqlərin tək problemi Williamın intihar etmək arzusu olur. Başından aşağı bütün bədəni iflic olan oğlan qətiyyətlə intihar etmək istəyir. Onu bu fikirdən daşındıra bilməyən Louisa romanın sonunda Williamın ölmək arzusunda ona kömək edir. Hərkəsi göz yaşlarına boğan bu səhnədən sonra düzü mənə maraqlı gəlirdi ki, Louisa William öldükdən sonra necə bir həyat yaşayır. Buna görə də "Səndən sonra mən" romanını yenidən oxumağa başladım. Və eynilə gözlədiyim kimi Louisa Williamın ölümündən sonra psixoloji cəhətdən çox əziyyət çəkir. Evvəllər şən, həyat dolu olan Louisa artıq demək olar ki, gülmür, əylənmir və yaşamırdı. Amma bir qədər sonra o, yenidən başqa birisinə aşiq olur və başqa birisini sevir.
Williamın ölümündən sonra Louisanın başqa birisinə aşiq olması mənim xoşuma gəlmir. Bununla razılaşa bilmirəm. Buna görə də kitabı yarıda saxladım. Çünki əsəblərimin buna tab gətirəcəyinə inanmırdım.
Sevdiyi adamla olan məhəbbətini necə unuda bilərdi axı? Nəysə uzun sözün qısası mən "Səndən öncə mən" romanını xatırlayıb hekayələrinin belə bitdiyini zənn edəcəm. Çünki başqa cür alınmır.