Kitab: Conatan Livinqston adlı qağayı.
Bir neçə gün öncə oxuyub bitirdiyim daha bir kitab. Riçard Bax yüksək peşəkar bir pilot kimi ömrünü səmada keçirmişdir. Buna görə də yazıçı əsas obraz kimi quşlar sinfinə müraciət etmişdir. Eserdə digər quşlar tənbəllik edərkən, dənizə atılan qida tullantıları ilə özlərini doyurarkən Conatan Livinqston adlı qağayı min illərdən bəri qağayı cəmiyyətində formalaşmış və həyat tərzinə çevrilmiş bu ətalətlə barışa bilmir. Qanadlar qarın doyurmaq üçün deyil, uçmaq üçündür deyən gənc Conatan daha böyük məqsədlərə can atır. Bu yolda o, ağır sınaqlardan keçməli olur. Dəstədən qovulur. Hətta valideynləri də ondan üz döndərir. Lakin heç bir şey onun əzmini qıra bilmir.
Bu kitab sadəcə möhtəşəmdir Kitabda da deyildiyi kimi bundan sonra dəniz sahilində qağayı görəndə Conatanı xatırlayacaqsınız.
Çox çox çox sevdiyim əsərlərdən biri oldu. Sonda Conatan Livinqstona yazığım gəlsə də onun üçün yazılan həyat gerçək həyatın bir parçasıdır. Hərkəs və hər şey bir zaman unudulmağa başlanır.
Səhərlər ətrafı aydınladan günəş gecələr unudulmağa məhkumdur...