Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
·
Puan vermedi
·
4 günde okudu
Kitabda ən çox Sürməyə üzüldüm. Ülkərə isə nə qədər əsəbləşdiyimi tahmin bilə edə bilməzsiniz. Bir an istədim ki, əlimi salıb əsərdə boğum onu Təəssüf ki, bizim sadə, saf qızlarımızın çoxu Sənan kimilərin, Amir kimilərin ucbatından pis yola düşürlər. Sözsüz ki, bu kimi hallarda mentalitet qurbanı olan ailələrin də rolu böyükdür. Əgər ailəsi Ülkərə yaxşı münasibət göstərsə idi, sevsə, qorusa idi, Ülkər ən azından anasına başına gələnləri danışa bilərdi. Bu olan halda da iş böyümədən həll olunardı. Hə bir də, Ülkərin Amirə səmimi şəkildə ondan əvvəl yaşadığı münasibətləri deməyinə baxmayaraq ona pis qız kimi baxması, Zərrin kimilərinin isə Ramildən hər şeyi gizli saxlayaraq xoşbəxt olmasına günümüzdə də az rast gəlmirik. Allah bütün qızlarımızı elə şər insanlardan qorusun. Allah bütün qızları həqiqətən sevəcək, sevə bilməsə belə pis yola çəkməyəcək insanlarla qarşılaşdırsın inşaAllah
Elxan Elatlı
Elxan Elatlı
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 055 okunma
·
115 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.