Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
400 syf.
·
Puan vermedi
·
Beğendi
Salamlar, Elxan Elatlının "Şantaj" əsərini bəyəndim. Özümüzə dərd etdiyimiz problemlərin əslində necədə balaca olduğunu, bizimkindən də böyük, dəhşətli, çıxılmaz problemlərin olduğunu bir daha anlamağıma səbəb oldu. Ən çox sevdiyim hissə ailənin nə qədər önəmli olmasının bir daha vurğulanması idi. Ata sevgisinin bir qız üçün nə qədər önəmli və dəyərli olduğunu görsədirdi. Atadan, qardaşdan görmədiyi sevgini, qayğını başqa bir insanda görən bu gənc qızın səhv etməsinə səbəb olur. Hər kəs səhv edir. Səhvsiz insan varmı ki? Lakin ailəsi yanında olsaydı həyatı bu cür olmazdı. Necə gözəl xəyallarla gəlmişdi Bakıya. İndi isə həyatı alt-üst. Bəzi oxucular tövsiyə etmir oxumağa, lakin mən düşünürəm ki, gənc qızlarımızın oxumalı olduğu kitabdı. Xoş mütaliələr:)
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
Reklam
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
Nə imiş?! -Səhv etməməli imişik.
Dedektiv janrı sevirəm. Ən sevdiyim janrlardandı. Yazarın ilk oxuğum və ənnn sevdiyim əsəri
On Dördüncü Adam
On Dördüncü Adam
olub. Yazarı oxumayanlara ilk bu kitabı tövsiyyə edə bilərəmm. Bundan sonra yazarın əsərlərinə daha çox marağım artıb və oxumağa davam etmişəm və edəcəm. •Gələk əsərə. Bu əsəri digər əsərlərindən fərqli olaraq dedektiv janrında deyil. Vəə gerçək həyat hekayəsidi təəssüf ki. Bir günə oxuduğumu desəm kitabın necə maraqlı axıcı olduğunu anlaya bilərsiz. Əsərdə, deyərdim ki, bir qadının başına gələcək ən böyük faciə-namusu ilə
Şantaj
Şantaj
əks olunub. Qadının bu çıxılmaz vəziyyətdə etdikləri və etmədikləri qeyd olunub. Bu əsəri oxuyanda bir daha anladım ki, ailə faktoru çox önəmlidi. İnsan ailəsi ilə hərşeyi bölüşə bilməlidi. O da ki qaldı bu cür qorxulu vəziyyəti. Amma çox əfsuslar olsunki, günümüzdə 90% ailə valideynliyi övladını böyüdüb, bəzən oxuması üçün şərait yaradıb, sonda özündən uzaqlaşdırıb evləndirməkdə görür. Onun düşüncələrini, dədlərini, sıxıntılarını soruşmaq belə yadına düşmür. Belə olanda da biz qızların üstünə yalnızca bişey düşür. Əsərdə dediyi kimi; Çalışın səhv etməyin qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi bağışlamayacaq. Lap Tanrı bağışlasa da, bağışlamayacaq!... Son olaraq demək istəyirəm ki, Ülkərlə ya da əsərdə adı keçən obrazlarla gerçək həyatda danışmağı, bu yazdıqların bir də ondan dinləməyi, bir sözlə, onla həmsöhbət olmağı çox istəyirəm. Bir gün bunu edəcəm...
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
400 syf.
·
Puan vermedi
·
4 günde okudu
Hər kəsə salam. Bu platformun yüksək faizini türklər təşkil etsə də öz dilimizdə yazmaq istəyirəm :). Həm də “Şantaj” kitabı haqqında. Elxan Elatlının son kitabını digərlərindən fərqli olaraq bəyənmədim, hətta sonlarını nalə çəkərək oxudum desəm yalan olmaz. Bir qıza(qadına) qarşı çirkin bir şəkildə yönələn şantaj, bu şantajın doğurduğu nəticələr, oğurluqlar, yalanlar, böhtanlar, xəyanətlər, dostluqların zədə görməsi, qohumluq əlaqələrinin ən kiçik sarsıntıda necə parçalandığını görmək məni özümdən çıxardı. Bu şantaj ən sonda da 2 insanın ölümünə və gənc qızın həbsinə səbəb olur. Oxunmasını 70% tövsiyə etməzdim. Bu kitab hər nə qədər bəzi yanlışların bir daha təkrar olunmamasına örnək olsa da, eyni şəkildə saf insanların bu yanlışları təkrar etməsinə yol açır. Sevgilərimlə..
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
400 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 saatte okudu
Real hekayəyə əsaslanan acı tale! Bu gün praktikant yoldaşlarımla birlikdə bu ibratamiz və bir o qədər də acınacaqlı insan hekayəsini bitirdik. Elxan Elatlı fanatı olan praktikant rəfiqəm deyəndə ki, gəlin kitabı səsli oxuyum hamımız dinləyək, heç birimiz etiraz etmədik, çünki boş vaxtlarımızı dəyərləndirmək istəyirdik. Mən ekstra sevinmişdim,
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
Reklam
400 syf.
10/10 puan verdi
·
17 günde okudu
Elxan Elatlı - Şantaj
Elxan E. demek olar ki, 5 kitabı bitirdikdən sonra sonuncu kitabı oxumaq qərarına gəlmişdim . Düzü desem əvvəlki kitablar qədər sevmesəmdə . Sadece Real hadiselerə əsaslanaraq yazıldığı və məncə bütün qızların oxuyub dərs alacagi kitab olduğu üçün, oxudum. İlk olaraq kitabı oxuyarkən bunu anladım ki, hər şeyin təməli Ailədir . Ailədən gördüyümüz
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Məni vəhşiləşdirdilər!..
"...Fikirli halda salona getdim. Divanın üstünə qoyduğum çantamdan bıçağı götürüb qayıdanda artıq qəddar və qorxunc qərarım qətiləşmişdi. Yan tərəfdən çarpayıya yaxınlaşıb hər şeydən xəbərsiz yatmış Lətifin başı üzərində dayandım. Bıçağın dəstəyini iki əlimlə tutub havaya qaldırdım və dişlərimi qıcayıb bütün gücümlə kürəyinə zərbə endirdim. Lətif yerində silkələnərək ayılsa da, boğuq bir iniltidən savayı səs çıxarmadı. İti tiyəsi axıra kimi bədəninə sancılmış cinayət alətini çətinliklə çıxardıb ikinci, daha sonra üçüncü zərbəni vurdum. Bıçağı üçüncü dəfə bədənindən çıxaranda arxası üstə çevrilib mənə baxdı və bu baxış həyata son baxışı oldu. O artıq ölmüşdü..."
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
400 syf.
9/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Oxuyucuya bu qədər zülm eləməzlər. Yazıçı acımadan, oxucunun hisslərini hesaba qatmadan qəddarlıqla qələmə alıb bu əsəri. Əsəblər korlanmadan bu kitabı oxumaq mümkün deyil. Elxan Elatlıya qiyabında çox əsəbləşdim. Bu arada, bütün gənc qızların oxumalı olduğu kitabdır, mənə görə. Oxuyub görsünlər ki, həyat "azad dovşan balaları"nın azadlıq istəklərinə uyğun bir yer deyil. Çox diqqətli olmaq lazımdır. İstəmədən edilən bir səhv, həyatı məhv edə bilir.
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
400 syf.
·
Puan vermedi
·
4 günde okudu
Kitabda ən çox Sürməyə üzüldüm. Ülkərə isə nə qədər əsəbləşdiyimi tahmin bilə edə bilməzsiniz. Bir an istədim ki, əlimi salıb əsərdə boğum onu Təəssüf ki, bizim sadə, saf qızlarımızın çoxu Sənan kimilərin, Amir kimilərin ucbatından pis yola düşürlər. Sözsüz ki, bu kimi hallarda mentalitet qurbanı olan ailələrin də rolu böyükdür. Əgər ailəsi Ülkərə yaxşı münasibət göstərsə idi, sevsə, qorusa idi, Ülkər ən azından anasına başına gələnləri danışa bilərdi. Bu olan halda da iş böyümədən həll olunardı. Hə bir də, Ülkərin Amirə səmimi şəkildə ondan əvvəl yaşadığı münasibətləri deməyinə baxmayaraq ona pis qız kimi baxması, Zərrin kimilərinin isə Ramildən hər şeyi gizli saxlayaraq xoşbəxt olmasına günümüzdə də az rast gəlmirik. Allah bütün qızlarımızı elə şər insanlardan qorusun. Allah bütün qızları həqiqətən sevəcək, sevə bilməsə belə pis yola çəkməyəcək insanlarla qarşılaşdırsın inşaAllah
Elxan Elatlı
Elxan Elatlı
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
Reklam
·
Puan vermedi
Bu kitabda detektiv obrazı kimdir? Alıb oxumaq istəyirəm. Kitab haqqında çox tərif eşitmişəm. Amma Qasımlı olan kitablar bir başqa cür maraqlı olur..
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 042 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.