Puan vermedi·224 syf.····Okunma: 20 Nisan 2024 19:02 Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi- fəlsəfi roman kimi qiymətləndilir. "Qızlar bulağı" romanında yazıçı köhnəliklə yeniliyin mübarizəsi və dialektini tarixi-əfsanəvi materiallar əsasında obrazlı şəkildə ifadə etmişdir. Əsərdə müxtəlif dünyagörüşləri, din və fəlsəfə bir- biri ilə qarşılıqlı əlaqədə verilmişdir. Əsər tarixi roman hesab olunsa da, burada müasir dövrün insanını narahat edən bir sıra problemlərə toxunulmuşdur. Azadlıq, bərabərlik, sülh şəraitində yaşamaq, hər bir xalqın istədiyi həyatı qurmasını təmin etmək bütün dövrlər üçün aktual məsələlərdən olmuşdur. "Qızlar bulağı" romanında həyata və yaşama dair bir sıra fəlsəfi məsələlərə də yer verilmişdir.
Çox bəyəndiyim bir əsər oldu.