Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Səyahət Məhərrəmova

Səyahət Məhərrəmova
@seyahet_mva
80 syf.
·
Puan vermedi
·
26 saatte okudu
Reklam

Okur Takip Önerileri

Tümünü Gör
Qüvvət olmayan yerdə gözəllik olmaz, gözəllik olmayan yerdə qüvvət ola bilməz.
Reklam
Yabancı
YabancıAlbert Camus
8.1/10 · 111,4bin okunma
Dünyada heç kim, hər şeyini hətta varlığını belə məqsədinə çatmaq uğrunda qurban verməyə hazır olan insanın iradəsinə qarşı çıxa bilməz
Səyahət Məhərrəmova
Bir kitabı okumayı düşünüyor
Sarborun Dünyası
Sarborun DünyasıSamiq Alatoran
0/10 · 0 okunma
224 syf.
·
Puan vermedi
·
4 günde okudu
Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi- fəlsəfi roman kimi qiymətləndilir. "Qızlar bulağı" romanında yazıçı köhnəliklə yeniliyin mübarizəsi və dialektini tarixi-əfsanəvi materiallar əsasında obrazlı şəkildə ifadə etmişdir. Əsərdə müxtəlif dünyagörüşləri, din və fəlsəfə bir- biri ilə qarşılıqlı əlaqədə verilmişdir. Əsər tarixi roman hesab olunsa da, burada müasir dövrün insanını narahat edən bir sıra problemlərə toxunulmuşdur. Azadlıq, bərabərlik, sülh şəraitində yaşamaq, hər bir xalqın istədiyi həyatı qurmasını təmin etmək bütün dövrlər üçün aktual məsələlərdən olmuşdur. "Qızlar bulağı" romanında həyata və yaşama dair bir sıra fəlsəfi məsələlərə də yer verilmişdir. Çox bəyəndiyim bir əsər oldu.
Qızlar Bulağı
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 201662 okunma
Reklam
- Səadət nədir? - Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
- Dünyada ən böyük arzu nədir? - Arzusuzluq! - Ən böyük həqiqət hankıdır? - İnkar! - Ən düzgün yol? - Şübhə! - Ən böyük həzz? - Nisyan!
Yalnız ilhamla vücuda gələn musiqi ruhda ahəng doğura bilir. İlham təbiətin bizə bəxş etdiyi imtiyazdır. İlhamlı insanlar mədən daşıyan torpağa bənzərlər
Yaşamaq özü-özlüyündə bir məqsəddir. Yaşamaq yalnız yaşamaq üçündür. Başqa məqsəd təqib etməz.
Sən nə gözəl hədəfsən
2024 OKUMA HEDEFİ
5/40 kitap - %13 tamamlandı
5 kitap okudu
40 kitap
990 sayfa
2 inceleme
14 alıntı
7 günde 1 kitap okumalı.
Reklam
446 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsl Səyahət qayıtmaqdır
Ursula K.Le Quinin "Mülksüzlər" romanı utopiya mövzusunda yazılmış maraqlı əsərlərdən biridir. Əsərdə anarxizm və arxizm qarşılaşdırılır və hər ikisinin mənfi və müsbət cəhətləri göstərilir. Əsərin mərkəzində şəxsiyyətin azadlığı məsələsi durur. Əsərin qəhrəmanı olan Şevek hər iki planetdə yaşamış və müxtəlif sistemlərlə tanış olmuşdur. Odoist gənc Urrasa böyük ideyalarla getmişdir və sonda Anarresə dönərkən fikirləri müəyyən qədər dəyişsə də, bu gəncin qayəsi, ideologiyası dəyişməmişdir. O hər iki dünyaya gəlişində əliboş, özü ilə heç nə gətirmədən gəlmişdir... Əsər bədii-fəlsəfi və psixoloji cəhətdən də maraqlıdır. Əsərin hər bir cümləsi oxucunu dərin düşüncələrə qərq edir. Əsər ədəbi cəhətdən ağır bir əsərdir. Asanlıqla oxuyub bitirmək olmaz, düşünərək, anlayaraq, təsəvvür edərək oxumaq lazımdır. Əsərdəki mühit və hadisələrin ilk baxışdan təsəvvür edilməsi çətindir. Yalnız kitabın növbəti səhifələrində bu barədə aydın təsəvvür formalaşır. Ən çox bəyəndiyim sitat isə: " Oğru istəyirsənsə sahib yarat, cinayətkar istəyirsənsə qanun." Əsərdə verilən " Bəs əgər hər həyat yeni bir şey deyilsə biz niyə doğuluruq?" sualı isə insanı uzun düşüncələrə aparır...
Mülksüzlər
MülksüzlərUrsula K. Le Guin · Egalite Nəşriyyat · 202112,4bin okunma
Azadlıq gizlilikdən çox aşkarlıqdan doğulur. Və azadlıq hər zaman uğrunda təhlükəyə atılmağa dəyən şeydir
Fərqli günəşlərin saçdığı işıq fərqli ola bilər, lakin qaranlıq yalnız bir cür olur
Yalnız sülh sülhü gətirə bilər, yalnız ədalətlə ədalətə qovuşmaq mümkündür
Dünyanın nə qədər gözəl olduğunu başa düşməyin yolu onu ay kimi görməkdən keçir. Həyatın nə qədər gözəl olduğunu başa düşməyin yolu ölümün içindən baxmaqdan keçir.