Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Jalə İslam yorumladı.
Bu yazını çox bəyəndim. Yazar bizə müasir insanın məişət qayğılarını artıq öz canından qabaqda tutduğunu, bu qayğılar içində özünü unutduğunu, maddi şeylərdən artıq daha çox asılı olduğunu göstərir. Biz özümüzü unutmuşuq, həmişə nəyəsə tələsirik, harasa çatmağa çalışırıq. Geri çevrilin və baxın, gününüzün neçə saatını özünüzə sərf edirsiniz? Həmişə ya dərsləri çatdırmağa çalışır, ya işlə məşğul olur, ya da telefonda qurdalanırıq. Bir düşünün, nə vaxt sevimli musiqinizi qulağınıza taxıb sevimli kitabınızı götürüb yeriyişə çıxmısınız? Uzun zaman olar, hə? Belə... "Bu gün ölümcül xəstəliyə düçar olduğumu öyrəndim" bu xəstəlik nədir, özünüz tapmalısız. Yazar atıb, bizə tutmaq qalır. Hələlik.
Jalə İslam

Jalə İslam

@jaleislam_
·
18 Nisan 20:11
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
·
1 artı 1'leme
·
91 görüntüleme
Jalə İslam okurunun profil resmi
Öne Çıkan Yorum
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.