Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Reallaşmayan arzular
İnsanları var edən onların arzularıdır. Arzularla imkanlar üst-üstə düşməyəndə insanın faciəsi başlayır. İnsan oxuyur, təhsil alır, çalışır-vuruşur, cəmiyyətdə bir mövqe qazanmaq, həyatını arzularına uyğun qurmaq istəyir. Amma həyat insanın qarşısına o qədər problemlər, maneələr çıxarır ki, bir insan ömrü bu problemlərin həll olunmasına, maneələrin dəf edilməsinə yetmir. Bir vaxt gözünü açıb görürsən ki, gəncliyin artıq keçmişə çevrilib, gücün, qüvvən tükənib, arzular isə arzu olaraq qalıb. Öz qarşısına məqsəd qoymuş adam məqsədinə çata bilmirsə və bu uğursuzluğun günahı onda deyilsə, bəs çıxış yolu nədədir? Azərbaycan reallığında arzuların açarı puldur, pulu isə qazanmaq müşküldən müşkül işə çevrilib. Arzuların qarşısında Çin səddi ucaldılıb, sən bu arzulardan bilmərrə əl çəkməlisən. Sadəcə, başını aşağı salıb bir parça çörəyini qazan, vəssalam. Aldığın təhsil, bilik, intellekt sənin həyatını dəyişməyə qadir deyil.
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.