Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Kitablardakı həyatı istəyirəm, dərin düşünən insanları, özü kimi olan, səmimi davranan insanları, məktub yazmaq istəyirəm, birinin mənə pandora bilərzik almasını yox, məktub yazmasını istəyirəm. Amma reallığı dərk edirəm, kimsə artıq mesaj yerinə məktub yazmağı seçmir bilirəm, yenə də içimdə bir ümid buna inanıram. İncə ruhlu insan olsun həyatımda.Bir parkda oturub danışmadan anlaşmaq,bir dəniz kənarında dalğaların sahilə vurmasını izləyib fəlsəfi söhbətə başlayıb sonra ən axmaq insanlar kimi gülməyimizi istəyirəm. "Delilik özgürlüktür" deyib əylənmək, hərdən düşüncələrimizin altında birlikdə əzilmək istəyirəm. Gerçək sevginin insanın həyatına rəng verdiyini, insanı həyata bağladığını bilirəm.Və günümüzdəki sevgilərdən daha fərqlisini xəyal edirəm beynimdə. Həyat rəngarəng deyil, bunu bilirəm,bozu da birlikdə sevməyimizi istəyirəm. Öz dünyamız olsun,kimsə bilməsin,monoton olmayaq, hərkəsləşməyək. Əminəm, bu qədər insanın olduğu bir dünyada, mütləq ki, mənim düşüncələrimin kəsişdiyi insan var,sadəcə yollarımız kəsişmir. Sanki, bir nəfər yanlış insanı seçib və bu uyğunluq pozulub, çox insan yanlış insanla eşleşibmiş kimi.
·
245 görüntüleme
Xəyalə Ağayeva okurunun profil resmi
"Hərkəsləşməyək"
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.