Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

235 syf.
·
Puan vermedi
Bir neçə saatdır fikirləşirəm ki, birinci haradan başlayım, necə başlayım. Sadəcə onu deyim ki, kitabı bəyəndim və axıcı olduğuna görə rahat bir şəkildə oxuyub qurtardım. Ağlamadan bitirəcəm dedim, amma olmadı. Xüsusilə, Nemecsek obrazı ən sevdiyim kitab obrazları arasına daxil oldu. Pál küçəsində yaşayan həmin bu uşaqlar cəsarətləri ilə insana zövq verirlər. Hər zaman oyunlar oynadıqları bir torpaq sahəsini öz vətənləri kimi qoruyurlar. Başqa küçənin sakini olan uşaqlar bu sahəni ələ keçirmək istədikdə də, əllərindən gələn hər şeyi edirlər. Həmin bu torpaq sahəsi üçün cəsur, ədalətli bir şəkildə mübarizə aparırlar. Vicdanlı bir şəkildə necə qalib gəlmək lazımdır onu da oxuculara göstərmiş oldular. İnsanlar üçün vacib olan dəyərlər uğruna aparılan mübarizədə şərəfli bir şəkildə Boka, Nemecsek kimi obrazlar cəsarəti, dürüstlüyü, mərhəmətləri ilə seçilirdi. "Arkadaşlarımın düşmanlarıyla ittifak kurmaktansa, bir yıl bu soğuk suyun içinde kalmaya razıyım ben! Ne olmuş suya batırdınızsa? Geçen gün kendim düştüm bu göle." Bu cümlələr Nemecsek tərəfindən deyilmişdi. Nemecsek, sən necə mərhəmətli, cəsur, sadiq idin həqiqətən. Necə böyük və gözəl ürəyin var idi.♡ Uşaq ədəbiyyatı kateqoriyasında olsa da, bu kitabdan hər kəsin ala biləcəyi dərs olduğuna əminəm. Yaşları kiçik olsa da, ürəkləri böyük olan "Pál sokağı çocukları" ♡♡
Pal Sokağı Çocukları
Pal Sokağı ÇocuklarıFerenc Molnar · Yapı Kredi Yayınları · 201924,7bin okunma
·
98 görüntüleme
Vüsal Məmmədov okurunun profil resmi
Gizli "əsas oğlan" Nemecsek.Səni də heç unutmadıq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.