Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Otuzillik dərsində həndəsədən başqa bir şey öyrənməyən, dilsiz-ağızsız qoyunlar kimi həyata yuvarlanmış, cansız, duyğusuz, bir yığın əski parçalarına tapındıran, yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, üç ildə iki söz deməkdən utanan məsum bir yavrunu qrammafonlar kimi söylədən(Firəngiz nəzərdə tutulur) budur, bu! Düşünən beyinlər, çarpınan ürəklər bunlara satılır. Fəqət neçin? Bəli, mənim pulum yox, altunum yox, fəqət bunlara qarşı mənəvi bir varlığım, döyünən ürəyim, yorulmaz qollarım, sarsılmaz qüvvətim vardı. Mən bir aslan kimi çarpışarkən bir yırtıcı çıxdı da, onların hamısını çeynədi, qırdı, tökdü, tapdadı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürək ilə nə edə biləcəyəm, nə? Fəqət yeriyəcəyəm.
·
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.