Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Çıx qatar yoluna bahar gələndə, Mən sənə çiçəkli bahar göndərim. Vüsal meyvəsindən dada bilmədik, Sənə hər meyvədən nübar göndərim... Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşamı, qəmi itirim… Çıx qatar yoluna külək əsəndə, Dağılan saçını darayım sənin. Çıx qatar yoluna, səni itirsəm, Bilim ki, mən harda arayım səni... Çıx qatar yoluna yağış yağanda Başının üstündə çətir tutaram. Çıx qatar yoluna, elə özüm də Mənzilə yetməyən qərib qataram... Çıx qatar yoluna hər axşam, səhər, Çıx qatar yoluna, məni qarşıla. Bəlkə bir ömürlük çəkdi bu səfər, Mən gələ bilmədim, məni bağışla... Baba Vəziroğlu
··1 alıntı·
1 artı 1'leme
·
837 görüntüleme
şaziye.. okurunun profil resmi
Bütün hüzünlü şeyler gibi güzel, bütün güzel şeyler gibi hüzünlü...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.