Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Duyğular mənim üçün ən önəmli şeylərdən biridir bu həyatda. Ən çox da öz- özünlə yalnız qaldığın zaman… Yalnızlıq bir çoxlarına sıxıcı yaxud travmatik bir şey kimi gələ bilər bəlkə , amma mənim üçün bu belə deyil. Düzdür, dostlarım yaxud ünsiyyət qura biləcəyim insanlar olub ətrafımda yəni o cəhətdən yalnız qalmamışam amma insan öz-özüylə baş-başa qalmağı da bacarmalıdır bir nöqtədə. Bu mənim özümdə ən çox sevdiyim xüsusiyyətdir deyə bilərəm. Bəlkə də bunu oxuyarkən düşünə bilərsiz ki, səbəbi yaxud səbəblərdən biri tək uşaq olmağımdı, ki elədi məncə də :) Həm də bir növ əslində immunitet qazanmış olursan və bu arada kiçik dip not : hərkəsə bir Aydan bəs edər məncə 😅Elə bu yazını da qatarda səyahət zamanı düşüncələrə dalarkən yazıram əslində :) Kefim olmadığı zaman uzaqlaşıram olduğum mühitdən bəzən fiziki amma həmişə də mental olaraq. Bəzən mahnıya belə ehtiyac qalmır bunun üçün. Əslində bu özümdə kəşf elədiyim yeni duyğu da deyil, amma həqiqətdə bundan necə həzz aldığımı indi daha da yaxşı görürəm deyə bilərəm. Nəysə bu mövzuda saatlarla danışa bilərəm, amma indi dincəlmək vaxtıdı…
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.