·172 syf.····Okunma: 03 Mayıs 2024 22:33 Əsəri PDF formatında yükləməzdən əvvəl məzmunu barədə qısa məlumat diqqətimi çox çəkmişdi. Belə ki, adətən ənənəvi üsul ilə kitab oxuyan biri olaraq xüsusi acgözlüklə bitirdim kitabı.
Elmi-fantastik janrda yazılmış əsərdə Karl Qlaqauer adlı şəxs keçmişə səyahət edir və uşaqlığından bu yana daim istədiyi şeyə - hər kəsin diqqətini çəkməyə nail olur. Özü də İsa Məsih olaraq. Gedişat barədə spoyler olar deyə çox yazmayacam. Müəyyən hissələr fundamentalist şəxslər tərəfindən bəyənilməyə bilər. Hansı ki, mən də "Bir az artıq olub sanki" demişdim. Amma ümumilikdə yanaşdıqda isə yazıçı çox cəsurcasına belə bir mövzuya toxunub və həqiqətən də çox orjinal yanaşma edib.