Gönderi

Date 1
Saat 04:40 "500 days of Summer"- i izləyərkən yatıb qalmışam( Filmin hələ təsirindəyəm ) Bu saatda oyanmağın o qədər rahatladıcı təsiri var ki. Şəhərin səssizliyi insanı ağuşuna alır , əlinə bir fincan alıb pəncərədən ətrafa baxmaq hissin oyadır. Saata baxdım, heç olmaya bir günü yalnız özümlə vaxt keçirə bilmək üçün ayırmalı idim. Uzun zamandır ki, o qədər aqressiv, dözülməz ,yorğun biri olmuşam ki , bəlkə təkbaşına bir gün məni həyata geri qaytarar. Hazırlaşmaq üçün otağıma keçdim . Aynanın önündə dayanıb əllərimi üzümdə gəzdirdim. Demək olar hər gün - ya işdə , ya praktikada olduğum məktəbdə , ya da getdiyim kafe ve restoranlarda hər kəsdən eşitdiyim tək bir söz vardı - " Gözləriniz çox gözəl " Bəs görəsən o gözlərin dərinliyin anlayan var mı? Bunu düşünürək uzun müddət rəflərimə göz gəzdirdim.( Yəqin ki bu sualın cavabın heç vaxt tapa bilməyəcəm) Bu gün makyaja ehtiyacım var idi ? ( Hər qızın cavabını bilməsinə rəğmən verdiyi o sual ) Ehh,bir gün makyaj etməsəm heçnə dəyişməz ki...Bu gündə belə olum, həm günəş ləkələrim elədə çox deyil, onları qapatmağa da çalışmayacam, saçlarım da dalğalı qalsın , onsuz şəhərin küləyi onu səliqəli saxlayan deyil... Pinterestdə gördüyüm kombinlərdən birini etdim. Ağ uzun ətək × qara crop × dəri pencək × qara çəkmə
·
109 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.