Gönderi

Məni sağlığımda yoxla, bəsimdir
Demirəm dağlardan mənə qar gətir, Meyvəsiz bağlardan mənə bar gətir. Divardan əl boyda daş qopar gətir, Məni sağlığımda yoxla, bəsimdir. Məni ağ kəfənə büküməyə nə var, Torpağı üstümə tökməyə nə var, Bazardan gül alıb əkməyə nə var, Məni sağlığımda yoxla, bəsimdir. Sinəmi oxlayıb, dağlama mənim, Yolumu, izimi bağlama mənim, Yeddimi, qırxımı saxlama mənim, Məni sağlığımda yoxla, bəsimdir. Cırma üz gözünü tökmə göz yaşı, Yığma dost-tanışı, qohum-qardaşı. Neynirəm süfrədə yağlı bozbaşı, Məni sağlığımda yoxla, bəsimdir. Mən yazıq Aydın'ı gətirmə dilə, Beş günlük dünyadır yaxşılıq eylə. Öləndə düşmən də ağlayır lələ, Məni sağlığımda yoxla, bəsimdir. - Qazaxlı Aydın
27 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.