Puan vermedi·144 syf.····Okunma: 07 Mayıs 2024 12:40 Çox gözəl kitab idi. Mən özüm Malkolm X haqqında eşitmişdim amma onun həyatı haqqında məlumatım yox idi. Kitabı oxuyanda çox təəccübləndim. Çünki Malkolm X ın həyatının bu qədər enişli-yoxuşlu olacağını təsəvvür eləmirdim. Və keçmişdə elədiklərinə rəğmən İslamı qəbul etməsi və insanlıq uğrunda bu qədər çalışmağı həqiqətən heyrətamizdi. Ən çox diqqəti cəlb edən isə o oldu ki Həcc ziyarətindən qayıdandan sonra səhv düşüncədə olduğunu qəbul etdi. Və ondan da əvvəl Elayca Məhəmməd ilə yollarını ayıranda varisliyin ona keçməyəcəyindən heç çəkinməmişdi.
Yəni nəfsi ilə mübarizədə - ən böyük cihadda qalib gəlmişdi...