Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
·
Puan vermedi
İlk öncə onu qeyd edim ki, bu kitab mənim yapon ədəbiyyatından oxuduğum ilk kitabdır. Xüsusilə bu çaplar o qədər gözəldir ki, bütün bu kitabları almaq və hər birini oxumaq istəyirəm. Bu kitabın bir fəlsəfəsi var. Bunu kitabı oxuyarkən yazılan hər cümlədə hiss edirsiniz. Sanki sizə nələrisə çatdırmağa çalışır amma təbii ki, siz o yazılanları tam dərk edib mənimsəyirsinizmi? sual budur. Başa düşülməsi və verilən mesajların alınması bir qədər çətindir. On gecə və on fərqli yuxu. Yuxuların reallıqla fantastika arasında gedib-gəlməsi həyəcanverici idi. Cümlələrin sanki şeir kimi ahənglə ifadə olunması oxucuya maraqlı təcrübə yaşadır. İnsanlar və ətraf mühit haqqında verilən məlumatlar elə gözəl təsvir olunub ki, təsirlənməmək mümkün deyil. Hekayələr qısadır amma daşıdığı mənalar çox dərindir. Ən bəyəndiyim yuxu 7-ci gecə yuxusu oldu. Bəyənməyimin səbəbi bəlkə də, hekayəni tam başa düşməyim ve verilən o mesajı anlamağım idi. Bu hekayədə bir cümlənin altından xətt çəkdim. "İlk dəfədir hara getdiyimi bilməsəm belə, gəmidə qalmalı olduğumun fərqinə vardım". Bu cümlə sizə də tanış gəldi? Mənə hiss etdirdiklərini sizə də hiss etdirdi? Hara getdiyimizin və nə üçün getdiyimizin bir mənası yoxdur. Önəmli olan biz bu gəmidəyik. Gəmi öz yolunu bilir, son nöqtəsindən əmindir. Biz bəzən burada olmağı istəməsək də, bəzən darıxsaq da, nələrdənsə şikayət də etsək, gəmidə qalmağın və bu səyahətə güvənməyin fərqindəliyini yaşamalıyıq. Bu kitabı bir də oxumağı düşünürəm və əlbəttə ki, yapon ədəbiyyatı oxumağa davam edəcəyəm.
On Gece Rüyası
On Gece RüyasıNatsume Soseki · Tokyo Manga · 2023306 okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.