Gönderi

Bu sonuncu görüşdü, Gəlmişəm sağollaşaq. Sənə sitəm etmirəm, Gəl, gülüm, halallaşaq. Məndə qalan rəsmini, Gətirmədim biləsən. Sən ki, orda gülürsən, Qoy həmişə güləsən. Bütün sənə yazdığım, Şeirlərə yaxşı bax. Hər sözü bir dərd qoxan, Sətirlərə yaxşı bax. Bu sonuncu görüşdü, Bir də təkrar olmasın. Gedəndə səs salma get, Çalış aşkar olmasın. Sən özünə yaxşı bax, Baxmasam da mən olar. Bağa bax ki, bağ olsun, Baxmasan da mən olar...
··
262 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.