Qəribə olan bilirsiz nədir?
Hər gün o qədər şeyi unuduram ki, evə gələndə çörək almağı, atdığım dərmanların ardıcıllığını, bir zamanlar dilimdən düşməyən mahnıların adını, sabah alacağam dediyim ama almağı unutduğum kitabı, işdə görəcəyim işlərin yarısını, siqareti götürüb alışqanı,
Maşının yağının dəyişmə vaxtını, səhər yediyim yeməyi unuduram.
Qəribə olan bəs nədir deyirsiz?
Bu qədər şeyi unudan mən niyə məhz onu unuda bilmirəm?
Niyə hər səhər yuxudan duran kimi yadıma düşür?
Niyə hər şeyi unudub onu xatırlayıram?
Niyə hər axşam yatanda yadıma gəlir məsələn?
Niyəsi nə sizdə var nə də məndə, zatən cavab alım
deyə yazmadım bunları.
Bəs niyə yazdın deyəcək olsanız, inanın ki, heç
özümdə bilmirəm.
Ehtimal edirəm ki, yavaş yavaş tükənirəm...
Bu sonuncu görüşdü,
Gəlmişəm sağollaşaq.
Sənə sitəm etmirəm,
Gəl, gülüm, halallaşaq.
Məndə qalan rəsmini,
Gətirmədim biləsən.
Sən ki, orda gülürsən,
Qoy həmişə güləsən.
Bütün sənə yazdığım,
Şeirlərə yaxşı bax.
Hər sözü bir dərd qoxan,
Sətirlərə yaxşı bax.
Bu sonuncu görüşdü,
Bir də təkrar olmasın.
Gedəndə səs salma get,
Çalış aşkar olmasın.
Sən özünə yaxşı bax,
Baxmasam da mən olar.
Bağa bax ki, bağ olsun,
Baxmasan da mən olar...
İnsan bir dəfə doğulur və bir dəfə də ölür. Bu cümlə, əslində, "Hər insan bir dəfə doğulur və bir dəfə gömülür" olsa idi, daha doğru və dəqiq olardı. Çünki bəzi insanlar bir dəfə doğulub, dəfələrlə ölə bilirlər.
Kitab axıcı idi. Sadəcə hekayə çox qısa anladılmışdır. Sürətlər daha dolğun, hadisələr və hisslər isə daha geniş təsvir edilə bilərdi. Sanki yazıçı statusa qoymaq üçün mənalı sözlər yazmaq istəyib və bunu bir hekayə ilə taclandırıb. Biz obrazların hisslərini dərindən hiss edə bilmirik. Bir çox hekayə eyni mövzuda yazılır onları bir-birindən ayıran isə obrazlar ,onların seçimləri və süjet xəttidir. Yazıçı çox səthi yazır. Hələ qorxaqdır. Sanki bütün keçirdiyi hissləri kağıza tökməkdən qorxur. Bir balaca cəhd etsə. Özünü qələmin və xəyal gücünün axınına buraxsa gözəl əsərlər yarada bilər. Əsas olan mənalı sözləri birləşdirib bir kitab yaratmaq deyil. Gözəl əsər yaradıb buradan bir cümləni mənalandırmaqdı.
Kitabı heç ama heç sevmedim. Bəlkə də məni oxu tərzimə uyğun deyildi. Əslində boş olanda ocuna bilər amma kitabı qiyməti ilə içindəkilər çox əlasizdir
Amma ümumən mənalı ama yersiz şeirlərlə uzadılmış bir kitabdır.
Hə bir də,
Əgər bir kişi ağlayırsa deməli o çarəsiz qalmışdır.
Heç gözləmədiyi yerdən vurulmuşdur.
Yaşarkən öldürülmüş, yaşamağa məcbur edilmişdir.
Hər kəsin içində yox, tək tənha ağlayar kişilər, heç kəsə danışmadan, demədən, hıçqıraraq amma səssiz ağlayar.
Heç kəs eşitməz, heç kim bilməz.
Ağlamaq da gülmək kimidir, yoluxucudur.
Biri sənin yanında ürəkdən ağlasa, sən də ağlayacaqsan, ya onun dərdinə ya öz dərdinə amma ağlayacaqsan.
Bir kişi ağladığında deməli, onun ağlamaqdan başqa çarəsi qalmamışdır.
Çox can yandırar ağlamaq...