Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sağlam insan
İnsanın öz-özü ilə barışmış olması; İnsan nədirsə onu ortaya qoyar, heç bir çıxar düşünməz. İnsan çətinliyə də düşsə, özü kimi davranar, davranışları tutarlı olar. İnsan yaxın və uzaq ətrafı ilə münasibətlər qurmalı, ən əsası bu münasibətləri davam etdirməyi bacarmalıdır. Sevgi və hörmətə əsaslanan bağlar qura bilməlidir. Özünə güvəni olmalıdır. Özünü görə bilməlidir. Mənfi və müsbət tərəfləri ilə dəyərləndirə bilməlidir. Cəmiyyətdə bir yeri, vəzifəsi olduğu hissini qazanmış olmalıdır. Fərd özünün dəyərli olduğunu hiss etməlidir. Gələcəyə bağlı fikirləri olmalı, fikirlərini həyata keçirmək üçün həqiqi səy göstərməli, sıxıntılara, çətinliklərə səbr etməlidir. İnsan qarşılaşdığı çətin məqamlarda özündə güc tapmağı bacarmalıdır. Ruhi sağlamlığı yerində olan bir insanın peşəsindən əlavə, maraqlandığı sahələr, onu sakitləşdirən, əyləndirən maraqları olmalıdır. Müstəqil qərarlar qəbul edə bilməlidir.
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.