Gönderi

İşıqlı dünyanın qaranlıq üzü Azerice
İşıqlı dünyanın qaranlıq üzü Dünyaya gələndə vardı səbəbi? Yaşaya bilmədi məqsəd gətirdi. Düşünür nə etsəm daha gərəkli. Seçdiyim məni də etsin önəmli. Məni tanısın yerin hər kəsi. Ad sanım olsun da dillər əzbəri. Bilsinlər necə də güclü biriyəm. Görsünlər onlardan üstün biriyəm. Yaxşılıq istəyi belə başladı. Bu fikiri quranın fərqlənmək adı. Fikir öz-özlüyündən yollar yaradır? Qarşıya qoyulmuş məqsədə çatır! Yaşayan özümü fikir yaratdı? Yaradan bizlərə onu buraxdı? Görəsən bu fikir necə başladı? Bəlkə də bu fikri mən yaratdı? Bəs mən özüsə necə yarandı? Bəlkə də ayırmaq bunu başlatdı? Ayırmaq nədənsə bizə doğmadı. Bir olan yəqin ki,gərək olmadı. Onun verdikləri bizə yetmədi. Yenisin yaratmaq istəyi gəldi. Deyəsən doğrunu ondan almadı. Ayrılan anında fikir başladı. Fikirdən biri var bu fikir deyil. Onunsa qiyməti özündə deyil. Onu önə atan düşüncə deyil. Onu var edənin özü hiss deyil? Bu fikrin sualı anlaqsızlığdan. O fikrin sualı elə anlamdan. Bu fikirin etdiyi bilik,seçimidir. O fikrin verdiyi dəqiq,elmdir. İnsanlar hansını seçiblər görən? Seçəndə düz hansı biliblər görən? Doğrusu olub da bunu seçiblər? Bəlkə də anlaqsız yola giriblər? O,fikrə tapşırıq nə üçün verilir? Verilən tapşırıq nəyə (kimə) gərəkdir? Bəs necə qiyməti verir görəsən? Bəs necə həll yolu tapır bilirsən? Özümü neyləyim,nə edim deyir? Özümü yollardan birini seçir? Yoxsa verilənlər doğru verilir? Verməsə yaşayan nə edər bilir? Ondandır o fikir hissdən ayrılmır. Ondan kənarda da cavab axtarmır. Bəlkə də ayrıca fikir yaranmır. Yaşayan özü bunu yaratmır? Yaşayan bizlərə göründü aciz. Ondandır yerinə cavab ararız. Yaşayan bu fikrin əsiri olub. Bu fikir bizləri sevgisiz qoyub. Sevgini alanın özü yerində. Sevginin özüsə məqsəd əlində. Məqsədin özüsə mənin özündə. Sevgiyə hökm edən artıq zülümdə. Onu ötürmədən almaq olmayır. Onu yaşamadan vermək olmayır. Onsuz dünyanın özü olmayır. Zalımsa dünyadır,belə baxmayır? Hər şeyin yaxşısın tələb edən var. Yaxşının dəyərin deyin bilən var? Yaxşının dəyəri elə yaxşıda. Yaxşını yaxşısa buraxmaz əsla. Yaxşı nədir görən anlayırıq biz? Doğrular olanda sevinirik biz. Doğrunu bizlərə kim verər görən? Doğrular hardandır bunu var bilən? Doğrunu verməsək kimə vermərik? Bəlkə sevməyən birinə verdik? Sevməyən necədir hardan bilirik? Sevginin özü var ondan bilirik. Sevməyən birinə düzü vermirik. Ondan yalnışlar gəlir onu bilirik. Yalnışı verəndən əzab çəkirik. Nədən yalnış verir onu bilirik? Bəlkə də bizdən düzü almayıb? Səhvlər niyə verilir onu anlayıb. Anlayır doğrular sevəndən gəlir. Yalnışlar onu da alçaldıb əzir. Bizi də yalnışlar alçaldıb əzib. Ondandır cavabı eynən verilib. Sevməyən sevilmir de bunu bilib? Nədəndir sevgidən imtina edib? Doğrular bizlərə maraqlı deyil? Nədəndir həmişə sual verilir? Bəlkə də doğrunu görmək istəyir? Eşidən qiyməti gör necə verir? Eşidən dinləyir necə deyəni? Ondakı biliklər vermir qiyməti. Deyək ki,biliyi yox dinləyənin. Bax səsi çıxırmı heç hökm edənin? Qulaq asan indi elə biliklər. Eşidən sözləri özü ələklər. Birini yaxşıya,birini pisə. Ələkdən keçəni məqsəd bəlirlər. Mənləşmək yaranıbdır zamanla. Doğulanda bəlkə gəlib marağla? Doğulanın pak olduğun anlayır. Anlayırmı sonra necə yanılır? Keçdiyini ölçür yığır beyinə. Keçdiklərin hamsı yığıb beyinə? Anlayırmı niyə hamsı yox onda? Yalnız kiçik epizodlar var onda. Bəs qalanlar niyə yoxdur bəs onda? Xatırlayır yalnız toplanmış üsulda. Toplanana necə qiymət verilir? Yığan anda götür qoyu nə edir? Yaşananlar necə yadda qalmayar? Yazılanı yalnız elə hiss yazar. Hiss keçirib yazıb onu yaddaşa. Yaşayansa yaşadığın düşməz başa? Soruşulur niyə cavab tapmırsan? Cavabları aydın görsən ararsan? Bəs cavabı nədi bizə gətirən? Cavabı sözdən kənardır verən! Sözdən kənar belə cavab var bilir? Varsa görən o nəyə deyilir? Sözdən kənar artıq nədir bilinmir. Sözdən kənar bəlkə hissə deyilir? İndi cavab yalnız sözlərdən gəlir. İnsanlarsa nədən bunu görməyir? Hər etdiyim sevgidəndir deyilir. Axı cavabı bilikləri gətirir. Bilik görən sevgi nədir anlayır? Düşünərək onu necə yaradır? Axı sevgi dürüstlükdən var olur. Bəs mənin dürüstlüyü heç olur? Dürüst olan necə deyər mən varam? Yaşayan an görən orda mən varam? Bəlkə elə hissin özündən varam? Dürüstlük qoymur ondan ayrılam. Dürüstlüyə mən özü necə çatar? Məni yalnız elə yalan yaradar. Yalan varsa dürüstlüyə heç çatar? Düzü verən məni qurub yaradar? Deyin bilik kimə xidmət eləyir? Ondan başqa biliyi kim neyləyir? Kimə gərək bağlılığın sözləri? Sevən onu çəkər görən irəli? Sevəninsə söz nəyinə gərəkdir? Onu alıb kimə versə qəzəbdir. Sözləri yığır elə ayıran. Ayırandı zövqü sözlərdən alan. Bağlanaraq özün fərqli yaradıb. Ayıranda görən sevgi yaranıb? Olub kimsə hiss edəndən fərqlənib. Bunu edib özü üçün əylənib. Hər hərəkət hissə zərbə yetirir. Ona gələn cavablarda gecikmir. Zövqü alır yalnız fikir edəndə. Zülmü çəkir bitməyibdir hələ də. İstəyinin qurbanına dönüşüb. Seçdiyi yol zülmət yaşama dönüb. Zülmətdə yalnız seçim edilər. Aydın olsa seçimə yer görünər? Sözləri biz eşidərək topladıq. O,sözlər nəyə deyilir anladıq? Dedilər ki,bu anadır bu ata. Həm özünü,həm sözünü alana. Oldu aydın bu söz nəyə deyilir. Baxıb ona başqa sözmü deyilir? Hər gün yeni sözləri də eşitdi. Ona sözlər hamsı belə verildi? Sonra yeni sözləri də eşitdi. Sözü bildi özün görə bilmədi. Bunu alan kimi fikir törətdi. Bu sözlərsə həmşə bizi incitdi. Sözü verən xəbərdardımı bundan? Alan özü yalnız olur kor bundan. Sözləri var,özü nədir bilməyir. Verdiyi boş sözlər onu əzdirir. Sözü verən özün sevən göstərir. O,yazığa sözlər əzab çəkdirir. Yetişdirdi aciz nəsil sevindi. O,yazıqsa heç sevinə bilmədi. Etdikləri o,sözlərdən törənir. Düşündüyü sözlər əməl gətirir. Verən ona güya verib açarlar. Bu açarlar cavabları heç açar? Kim verməyib bizə boş sözləri? Bunu görsə qaçmaz ondan heç qəti. Üz çevirsə demək onda yox sevgi. Düzlər varsa demək onda var sevgi. Bəs azadlıq yoxsa necə,var sevgi? Azadlığı boş sözlərmi gətirdi? Bağlılıqdan necə olsun o azad? Bağlanansa bağlılıqdan olub şad. Bağlanaraq olub fərqi birisi. Olub həmşə ayırılmağın hərlisi. Fərqlənməyi harda görsə yüyürür. Fərqlənmədən həyat zindan görünür. Müqayisə edir özün rəqiblə. Rəqiblərdən fərqlənməksə hədəfdə. Hədəfləri yaradıbdır çəkişmə! Çəkişmənin sonunda güclüyə dönüşmə. Niyə belə hədəf gəlib beyinə? Nədən qulaq asır görən fikirə? Bu fikiri niyə yarım buraxmır? İşi yarım acizliyi saxlamır. Əzilənin özü hədəf yaradar. Əzilməyən aliliyi heç qurar? Fikirləri zəyif obraz yaradar. Yaşamda zəriflik görən var? Əzilən nə,əzilməyən görən nə? Əzilənsə çata bilər bu sualın həllinə? Görək bizə əzilməyi verir nə? Əziləni çözsə bəlkə düzələ? Edir nəsə çarə tapa bilməyir. Deyir nəsə çarə verə bilməyir. Etdiyinin nə olduğun o,bilir? Bilirsə bəs niyə doğru gəlməyir? Görən bilir yalnış bizi əzdirib? Bunu dəqiq görüb doğru gəlməyib? Bəlkə ona dəqiqlik heç gəlməyib? Dəqiqliyi olan görən əzilib? Yalan nədən qarşı çıxır doğruya? Anlayır ki,doğru əzib salır onu pis hala. Başqa necə qarşı çıxar doğruya? Güclü olan razı olar bu hala? Necə olub yaşayan aciz qalıb? Nəsə olub bu baxışa varılıb. Bu nədisə cavabı kimsə tapıb? Tapılıbsa bəs niyə sual yaranıb? Demək onda doğu cavab olmayıb. Doğru yoxsa necə rahat yaşayıb? Bəlkə yalan bizə edib kifayət? Yalanlarsa deyin verir səadət? Yaşayırıq belə,doğru gəlmədən. Doğru verir qiyməti söz demədən. Yaşayırıq yenə başa düşmədən. Düzü verən özün ayırmır bizlərdən. Ayırsaydı heç doğrusun verərdi? Biz etsək də yalnış o,heç etmədi. Çıxdıq yoldan zalımlıq o,etmədi. Yenə sakit-sakit düzü vermədi? O,görünür bizlərə bir varlıq tək. Varlıqları görürük biz vücud tək. Bəs onlara yaşamı nə göstərir? O,göstərən bizdəkindən fərqlənir? Görən onlar bizim kimi düşünür? Sizcə onlara bilik cavab ötürür? İstək,seçim,məqsəd qurub düşünür? Sual verir təhlil özü görünür. Onlara bəs sualı nə verdirir? Nə bilirlər sual bizə gərəkdir? Niyə ondan başqa yollar seçilmir? Verəndən də başqa nəsə keçrilir? Verənin verdiyindən başqa nəsə keçirsə? Düşünürsüz buna cavab verməyə? Cavab versə hərəkətlər yaranar. Hərəkətlər bizə cavab tapdırar? Hərəkətə baxıb cavab tapılır? Yoxsa cavab elə hissdən alınır? Deyək kimsə elə nəsə törədir. Törətdiyi bizə cavab öyrədir? Tutalım ki,törənənlər cavabları öyrədir? Öyrədirsə niyə sual gətirir? Düşünürük niyə belə edilir? Baş verənsə niyə cavab gətirmir? Cavabları biz harda aradıq? Bəlkə elə baş verəndə axtardıq? Baş verəndən o tərəfə getmədik. Getsə idik cavabları görməzdik? Baş verəni yığdıq bizlər yaddaşa. Cavab lazım oldu düşdük yaddaşa. Axtarır ki,nədən belə baş verib? Yığan ona cavab məndədir deyib. Səhvi görən necə belə törətdi? Bəlkə onu görməyib belə etdi? Ona görə həmşə onu axtarır. Ona tərəf nə (kim) bizləri aparır? Bəlkə elə belə daha yaxşıdır? Yaxşıdırsa niyə rahat buraxmır? Hər an izzah edir səhvlər edirsən. Məndən kənar cavabı sən verirsən. Seçdiklərin məni yaman incidir. Düz etmirsən kənar dayan bildirir. Mənsə alıb cismi onun əlindən. Cism zülüm çəkir anlaqsız əlindən. Anlaqsızlıq bəlkə götür qoydadır? Seçimləri bəlkə anlam yaradır? Ümüd niyə yaradır heç aydındır? Düz etmir ki,ondan belə davranır. Bizə öyüd verildi ümüd elə. İnam yarat özünə çarə elə. İnamı ona yox,bax buna elə! Başqasına inansan deyilər kafir elə. Mütləqdir ki,bağlanasan nəyəsə? Bağlanmasan toplum zülm edər sənə. Biri ora,biri bura sürüyər. Çarəsizsə həmşə tələyə düşər. Anlamadan deyir doğru hardadır. Yolu seçir düşünür güc ordadır. Bağlanıb girir belə oyuna. Çarəsizsə gəlib həmşə oyuna. Yazılanlar nədən belə yazılır? Yazılandan bağlılığı o,alır? Anlayırsa bu sözlərə bağlanır? Düz gəlirsə yazana heç inanır? Düzü görən deyin sizcə bağlanar? Görməyibsə necə azad dolanar? Azadlığı hardan gəlir anlamır. Anlamayan həmşə sözə bağlanır. Anladığı anda bilik axtarır? Anlamırsa acizliyi yaranır. Yaşayanda anlamamaq var görən? Varsa necə yaşayıbdı o,görən? Yaranmışı nə yaradıb görəsən? Canlı nədir bu cavabı var bilən? Canlı bizlər formasına deyirik. O formanı nə yaradır,nə yaşadır bilirik? Formaların ölçüsünü görürük. Deyirik ki,o kiçikdir,bu böyük. Ayırırıq bu acizdir,bu güclü. Anlamırıq onu var edən gücü. Yenə baxdıq üzdə olan şeylərə. Baxılanlar düz cavab verib bizə? Niyə kökün görmürük ki,hələ də? Bəlkə sözdən çıxa bilmir ötəyə? Sual verən cavab verir hələ də. Bunu edənin çarə varmı özündə? Sual niyə veridiyini görməsə? Çaşıb-qalar doğrusunu bilməsə. Sualları qurur,çünki doğru yox. Doğru varsa sualları verən yox. Demək onda doğru ayrı,söz ayrı. Görən bunu hardan bildik,söz ayrı? Anladığı anda sual yaranmır. Sözü bilmək üçün bilik axtarmır. Anlayır ki,sözü yığır anlamır. Anlamadan heç rahat da yaşamır. Düzü bizə ötürürsə birisi. Düzü verib azad edər o,bizi. Anlayarıq o,sevib əlbət bizi. Sevməyibsə heç edər azad bizi. Düzə gedir nədən görən birisi? Sevgidəndir bəlkə onun hər işi? Sevməyirsə niyə doğruya getsin? Zövqü alır,niyə də belə etsin? Ayıran ancaq özünü sevinir. Ayırdığı veriləndən əzilir. Əzə bilir ona görə sevinir. Aciz isə tapmadıqda sevinir? Bu dünyanın qara üzün yaratdıq. Sevilmədik,sevmədik də zövq aldıq. Deyin onda zövqü nədən yaşadıq? Ayırmağın özündən biz zövq aldıq! Bu dünyaya gəldi yeni körpələr. Onlara da toplum verdi bilgilər. Deyildi ki,nəyi,necə etməli. Nə edib də zövqü ala bilməli. Gülmək üçün ona yollar öyrətdi. Əzməyəndə gülmək olmur bildirdi. Əzməyindən o,da gülüş keçirdi. Əzilənsə heç gülə də bilmədi. Əzən özü heç cavabsız qalmadı. Əzilən də bu çirkaba bulaşdı. Ondan sonra sevgini arzuladıq. Düşünərək sevgi nədi axtardıq. Fikirləşib onu bizlər yaratdıq. Bu cavabı özgələrlə paylaşdıq. Sözlər alıb hər kəs bunu öyrəndi. Onu bildik yaşam görən dəyişdi? Yaşayandan kənar cavablar verdik. Sözlər ilə cümlələri düzəltdik. Cümlə yeni,bilik isə köhnədir. Sevgi ona görə tapıla bilinmir. Fikirləşmək doğru yox ki,edilir. Aydın olan anda kim fikir edir? İzləyərək özümüzü dərk edirik. Fikirləşib cavab verib nə etdik? Fikirləşib özümüzə yol seçdik. Arzuladıq yalnız heç izləmədik. Ümüd etdik bu nə vaxtsa düzələr. Yol tapmadıq belə ümüdlər etdik. Fikri nədən edirik anlayırıq? Aydın olan onu isə yaşayırıq. Demək birin görsək belə doğrudur. Cavabı verən elə yaşayan olur. Məcbur deyil hər şeyi də o,bilə. Amma gedir yalnız belə yol ilə. Dayan artıq səndə olan düz ilə. Açılmayan sual qalmaz əzilmə! Bu çözümsə səndən deyil öyünmə. Bəs açması nədir bunun,söz demə. İzlə yalnız danışanı dinləmə. Yəni onu ali edib özünüsə əzdirmə. Bunu ona verən elə sənə də, Verər düzü,onun önünə keçmə. Keçsən sənə zülümü yaşadar. Qürrələnsən səndən öcünü alar. Bu sadəcə şeirdi sözdən qorxma. Onda zülm olmur bu sözdən qorxma. Onsuz gəlib mənə sonu qoyanda, Olacaq azad özünü heç qorxutma. Mən yaranıb elə ayırmaqdan. Sən yox idin olana bağlanmadan. Qürrələndin onun verdiyi hissdən. Səbəbi var etdin düzün bilmədən. Ölüm,yaşam bunlar bir yerə idi. Mən gələndə ayrılığı gətirdi. Yaşamı ayırıb,parçalayıb,böldü. Bu yaşamda ölüm zamana döndü. Ölüm,yaşam bunların açmasın bilir? Cismə bağlanmadan ölüm qorxu gətirir? Biliklərlə mən olduğu bilir. Fikirləri yalnız toplayan edir. Söz yığmayan həm ölüdür,həm diri. O,ölümdən necə qorxsun,mən yox ki. Deyin görək hissin sözə var meyli. Neyləyir ki,hiss göstərir qiyməti. Sözə könül verənin yox diqqəti. Olub düzlə,səhvi sözlə bilməli. Yığdığların yığır yaşaya bilsin? Yaşayanı görmür başqa nə etsin? Verir,keçir,alır,anladır və son olur. Niyə yığsın yaşayaraq suala son qoyur. Aydın olur ondan bilik toplamır. Ona görə həm ölür,həm yaşayır. Ölüm sondur bunu hər kəs dərk edir. Hiss özü yaşananı yaşayır və tərk edir. Bu halında niyə görə bağlansın? Bağlanmağı anlamayan ucaltsın. Ona görə keçmişi o,saxlamır. Kim saxlasa demək o,heç anlamır. Yenə burda yenə çözür yaşayır. Yaşayaraq sonra çözüm yaradır? Yaşayaraq sonra çözüm yaratsa. O deməkdir aydınlıq yoxdur onda. Keçərək o,düzlə-səhvi anlasa. Səhvlə-düzsüz ölüb çatar o,sona. Səhvlə-düz elə onun özündən. Başqa necə qiymət verir görəsən? Hərəkətlər onun özündən gəlir. Anlamaqsa ona çözüm gətirir. Anlamağı hissdən kənar nə verir? Harda nə var ona görən nə deyir? Ona görə düşünmədən cavabları o,alır. Fikir etmir o,əbədi yaşayır. Bu fikirin yaratdığı həyatsa. Yaradıbdır mükafat,həm də cəza. Bunu edib səhvdən uzaq dayansın. Doğru ilə özün güclü tanıtsın. Özün güclü təqdim etmək məqsədi. Bu məqsədin kökündə var hikkəsi. Bu baxışsa onun gizli hiyləsi. Hiylələri çözən bizdən irəli. Edilənin nədən belə edildiyini anlayır. Edəninsə edəcəyin o,əvvəldən tanıyır. Onu heç vaxt salmaq olmur tələyə. Tələlərin açarısa anlamağın əlində. Bu fikirin oyunları yaman çox. Gizlətdiyi hiylələri çözən yox. Başa düşüb onu görən olmayıb. Bunu bilib ona görə oynayıb. Fikirləşib özünə bir taxt qurub. Əbədiyyəm bu cavabı uydurub. Ona görə özün saxlamaq üçün, Yer axtarıb özün yaşatmaq üçün. Fikirləşib başqa dünya yaradıb. Sonsuzluğu o,dünyaya daşıyıb. Başa düşür burda onun yeri yox. Başqa yerə getməkdən çarəsi yox. Başa düşür hissiyat ondan üstün. Yalan qurub görülsün ondan üstün. Yalanısa görən necə yaradıb? Plan quran özün səbət aparıb. Necə özün belə sərbəst aparıb? İç üzünü görən yoxdu anlayıb. Yoxsa necə boş sözləri danışar? Doğrununsa qarşısında yox olar. Burda ona yaşayan son gətirib. Ona görə o,hissdən üz çevirib. Nə etsə də möhür vurur bu məndən. Mən aliyəm o,aslı qalsın məndən. Bəs nifrəti o,görən hardan alıb? Qəzəbisə çoxlu canlar yandırıb. Ehtiyatla toxunmasan işığı zülmet edər. Aydın başla yanaşmasan sevgiyə son gətirər. Susmasa o,zalımlıq gələr ondan. Düz olmadan zərər görərsən ondan. Elə ki,hürküdürsən dünyanı zindan edər. Dəqiqliyi olansa bu zindanı yox edər. Zərər nədən gəlirsə əvvəl onu görməli. Düşünüb də başqasın o,çəkərsə irəli, Düşüncənin özüsə fikir sürər irəli. Zərər verən başqası onu görər düşməni. Bu fikirlə o,sənin başını məşğul edər. Dolaşığa salaraq səhv yerlərə götürər. Verər belə fikiri pisləri mən çözəcəm. Qulaq assan ona sən düzə çata bilməzsən. Bağlanaraq o,özün elə üstün yaradır. Özün üstün görənsə zəifləri yaradır. Bağlandığı alidir ondan geri zəiflər. Bağlılığa toxunsan üstündən əzib keçər. Qəzəbi nədən alır belə cavab qaytarır? Bəlkə ona qəzəbi bağlılığı yaradır? Ancaq qarşı tərəfi təhdid edib bildirir. Sən verdin qəzəb mənə,belə cavab verilir. Qutarmazsan canını heç vaxt onun əlindən. Qəzəbi sönməz onun sənə zülüm etmədən. Yadından da çıxarmır yalnız onu düşünür. Səni harda görürsə o an qəddara dönür. Edilməyib ona pis sualdan qəzəb çəkir. Doğru cavab yox deyə ona görə əzilir. Bildirilir ona ki,düz aydınlıq gətirir. Cavabında deyir ki,onu biliklər verir. Edilir sual-cavab mövqeyini buraxmır. Daxildən yanır hey doğrulara baxmayır. Bağlılıqdan qopmayır ondan verir qiyməti. Bu qiymətin verdiyi ayırıb əlbət bizi. Elə bilir o,özün ondan seçib,ayırır. Elə bilir suallar ayırandan başlayır. Onu yaman əziblər ondandır edir belə. Sözlər ilə əzilib yaxın gəlmir o,belə. Sözlə düşübdür tora,bunu özü anlayır. Anlamır ki,sözlərə düzü yox qulaq asır. Anlamağsa söz deyil necə bunu öyrənər? Anlamaq nədən gəlir bunu görüb o,bilər. Görsə onu sevən var daxilən sakit olar. O,sakitlik yaşama yeni rəng,çalar qatar. Yalançını yalandan bəlkə düz uzaq salır? Çünki onun yalanın ətrafdan görən vardır. Sevgi kiminsə deyil o,yaşayan birinin. Yaşayansa nədir ki,sualı aydın edin. Yaşayan elə hissdir,ona yaşamı verən nə? Yaşayana yaşamı hissdən başqa verir nə? Yaşayanı bölmüşük elə biz çoxlu yerə. Anlasaydıq bölərdik bu qədər çoxlu yerə? Biri olub yaradan,biri isə yaranan. Biri olub yaşayan,biri isə yaşanan. Deyilib ki,sən varsan bir də səni yaradan. Bele deyilib ona,bir də qarşıda olan. Görürsənsə nəyisə,o var bir də sən varsan. Birdə sənə bunları göstərən var yaradan. Baxaq görək elədi,düzmü verilib bunlar? Görürəm bir köpəyi günəşdən uzaq durar. Kölgə bir yerə gedib,elə orda oturar. Kölgədə otursa da dərindən nəfəs alar. Bu anda sual gəldi niyə orda oturub? Burda olan havanı o,görən hardan duyub? Bu sualın özündə mən və bir köpək olub? Yoxsa bu sualı da elə hiss özü qurub? Hər ikimiz yaşadıq orda olan ortamı. Hər ikimiz anladıq orda olan yaşamı. Ona baxıb anladım o,niyə belə edir? Yoxsa onun etdiyin hiss özü mənə deyir? O,olanı keçirir,məndə həmin olanı. O,nə keçirirsə hardan bildim cavabı? Ona gələn o,şeyi necə alıram ondan? Bəlkə soruşub sözlə,cavab alıram ondan? Axı o,məndən ayrı,məndə ondan aralı. Nə etsə anlayıram,dursa belə aralı. Formaca fərqlənirik,anlamaqda fərqliyik? Fərqli olsaq əgər biz,necə cavabı görərik? Düşünmüşük mən ayrı,birdə o,varlıq ayrı. O,varlığın etdiyin sözlə soruşmaq ayrı. Sual versən sözlə sən hansı cavab yaranır? Bəs onu aydın görsən,sözü bilmək yaranır? Bəs o məni yaradan,həm də onu yaradan. O,nədir ki,görüb sən düz cavaba çatasan. Bizə verir o canı,həm də bütün cavabı. O,özüsə hardadır,kim verəcək cavabı? Görən o,da canlıdır,yoxsa canı yaradıb? Yaradır və yaşadır,yaradıb və dayanıb? Onun zamanı yoxsa demək yenə yaradır. Zamanı varsa onun yaradıb və dayanıb. Sözləri eşidərək,götürdük bilik aldıq. O,biliklərinsə açarın bizlər aldıq? Yoxsa yalnız sözləri biz yığmağa başladıq? Toplayaraq sözləri aydınlığa heç çatdıq? Bəs sualı quran kim o,cavabı görən kim? Bəs özünü görən kim,bir də onu görək kim? Bəs ortamı keçən kim,hərəkəti edən kim? Bəs bunları bilən kim,bir də onu yazan kim? Bizim üçün olubdur yaman çoxlu o,kimər. Kimləri çözmək üçün yaman o,fikirləşər. Fikir onu salıbdır çıxılmaz labirintə. Hara getsə də belə,çıxmayıb gün üzünə. Bəs bu qaranlıq yaşam görən necə dəyişər? Aydınlıq necə gəlsin bunu quran düşünər! Yolu o,tapmaq üçün edir çoxlu fikirlər. Fikirləşib yalnız o,yollardan birin seçər. Açılmazsa sualla yalnız zülmü yaşayar. Ondandır sual gəlir bunu görsə anlayar. Bu verilən suallar onu əzməyə deyil! Bu suallarla hissi,məndən ayırmaq deyil? Qorxudan olan baxış,həmşə şübhədə olur. Yada salır keçmişi,qorxular peyda olur. O,keçmiş ki,ona heç rahat həyat yaşatmır. Necə yaşatsın ona,acizlik yadındadır! Edib həmişə səhvləri,indi yaman gündədir. Kim kömək edər ona mən elə gündəmdədir. Mənlər gəlir üz-üzə məsləhət verir hissə. Onu hissə verənsə bax ki,görüm düzdədir? Yaşayana verilən məsləhət hər yerdədir. Yaşayan veriləndən,özün aciz hiss edir. Vermə dayan bizə də o,özü izzah edir. Dayanmır ki,bu elə özü üçün edilir. Bu baxışda tərəf var,biri verən,yaşayan. Biri acını verən,biri acını dadan. Zövqü axtaransa bilir nədir yaşayan? Yaşamaq özü isə elə hissdən yaranan. Zövqü axtaran o,bir başqa birisi. Zövqü yaşayan isə bax o,başqa birisi. Eynidi bizim üçün bunların hər ikisi. Çözəndə aydın olur onların hər ikisi. Zövqü axtaranın özü də bunu dadır. Çünki ona bu şeyi hiss özü cavablayır. Verməyib də sevgini o,yalnız tələb edir. Elə bilir sevgini zövq axtaran gətirir. O,özünü görmədən baxın ki, nələr edir. Necə baxsın özünə səhv etdiyin o,bilir. Görən kimi daxilin uzağa qaçıb gedir. Baxan kimi özünə idealar gətirir. Deyir bunu edəcəm,həmdə belə edəcəm. Deyir orda özümü lap yaxşı hiss edəcəm. Qaçır faktdan,olandan xəyalları yaradır. Yalnız elə xəyallar onu rahat yaşadır. Xəyalları qurmağın vardır elə səbəbi. Bu cür yaşam gətirib,özünə yol seçməyi. Nə senari yazırsa özü baş rol,qəhrəman. Yerdə qalanlar isə düşmən rolu oynayan. Çəkişir onlar ilə,həmişə qalib gəlir o. Ona görə fikirdən heç əl çəkməyirdə o. Yaşamdasa əzilən,doğruları olmayan. Çarələri görmədən,əzilmiş rol oynayan. Xəyalları yaradır yenə bu aciz obraz. Necə burda yaşasın güc gətirir o,obraz. Burda yaşayan isə heç yaratmır da obraz. Bu dünyada yaşamaq heç vaxt hissiz alınlaz. Ona görə burada o,heç olmaq istəmir. Zənn edir ki,o tərəf onu güclü göstərir. Anlamaq yox,sadəcə edir bunu zövq ilə, Seçir elə fikri zövq axtaran gələndə. Zövqü bir an yaşasa,bəlkə döndü buraya. O,bir an da sezilmir çirkablar arasında. O,heç vaxt da susmayır,bizi haqqa səsləyir. Zalım olan onu da taptayıb əzib keçir. Hissdən hərəkət edən onun gözündə aciz. Biliklərlə qiyməti verir hissə o,aciz. Niyə onda həmişə bilikləri dəyişir? Başa düşür düzü yox,əlbət hiylə işlədir. Bu hikkəni yaradıb hissdən zəif olması. Bir də elə doğrunun ondan kənar olması. Ələ almaq istəyir hissdən gələn doğrunu. Nə qədər də düşünür tapa bilmir doğrunu. Bu cür düşünməyinin səbəbi ucalmağı. Özün ali göstərib,hər kəsi alçaltmağı. Nə qədər arzu etsə,yenə bunu bacarmır. Çünki yaşamda hər vaxt,hissdən cavab o,alır. Ona görə rahat ol,cavab səndən kənarda. Düşünmə ki,zalımlıq hakim olar yaşamda. Anlamadan düşündün bu aydındı,bilinir. Aydınlığın özündə fikirə söz verilmir. Qorxu görən nədəndir verir bizə təlaşı? Aydınlıq yox ondandır yaradıb səhv baxışı. Aydınlığın özündən qorxu heç vaxt yaranmır. Niyə yaransın ki,hiss çözümlər yaradır. Çözülən bir hadisə bizdə qorxu yaradır? Bəlkə çözülən anda fikir obraz yaradır? Etsin çözüm gələndə,bu yaman pis bir şeydir. Yoxsa keçə bilmədən belə sözlər işlədir? Keçiləni çözür hiss,özün ali göstərir. Hissdən kənar,öncədən beyinə məlumat verir. Deyir ora yaxşıdır,ora getsən səhv gələr. Dayanmır ki,eləcə filmi öncədən çəkər. Fikrə belə etməyi zövq axtaran bildirir. Ona bunu etməyə ayırmaq izin verir. Ayırıb özün hissdən böyük yalan yaradıb. Yaratdığı yalansa hissə qarşı dayanıb. Ona görə daxildə rahatlıq yaranmayır. Necə yaransın ki,yaşayanla savaşır. Bu savaşın qalibi həmşə elə hiss olub. Yenilib məğlub olan,elə yalan uydurub. Bu oyunu başladan özündən razı olub. Özündən razılığı biliklərdən doğulub. Özündən razı olan elə ayıran olub. Fərqlənmək ondan belə bizlərə hakim olub. Deyirik ki,ayırmaq heç yaxşı da iş deyil. Yalnız söz işlədirik bizə o,heç dərk deyil. Dərk eləsək anlarıq o,nələri yaradır. Bizim pis dediklərimiz hamsı ondan yaranır. Bu sadəcə söz kimi yenə ona görünür. Lazım olanda onu başqa formada görür. Şərlə oynayır elə,onun iç üzün görmür. Oynadıqca biz onla,insanlıq gün üzü görmür. Dəqiqliksə gəlmədən necə bunu anlayaq? Sual gəlir bəs bizlər necə diqqətə çataq? Sevgi ilə yol getsək dəqiqliyə çatarıq. Baxın ki,bu həyatda necə həll yolu tapdıq? Sevginin nə olduğun görən bizlər heç bilirik? Fikir sevgi yaratmır görən bunu biz bildik? Etdikləri bilikdən görən bunu heç bilirik? Fikir,bilik hiss etmir,görən bunu biz bilirik? Hiss edən hiss edənin etdiyin dəqiq bilir. Çünki o cismə elə özü yaşam gətirir. Olanları izləsən də cavabları o,verir. Rahat ol etmə fikir alilik hissdən gəlir. Deməli görməliyik onun elə özünü. Zülm edər görməsək onun kirli üzünü. Anlamadan bizlərə gəlib yollar göstərər. Yolları insanlığa zülmlə dağ çəkdirər. Seçim,istək görəsən bunlar nədir? Bunlar beyinə hardan və necə gəlir? Yaşanan an görən bunlar var idi? Yoxsa hissdə və ya da ondan əvvəl var idi? Etdiyi seçimlər yalnız elə bilikdən. Cismə hakimlik edir yalnız elə bilikdən. Bilikləri topladı cismi idarə etsin. Etdi bunu alilik elə ondan bilinsin. Fərqli olmaq istəyi bizə əzab yaşatdı. Bu ortama yayıldı bizə zülmü yaşatdı. Fərqlilik edən özü rahatlığı yaşadı. Qalanlar ondan elə acıları yaşadı. Ey zülm yaşadan anla ki,hiss səndədir. Zülm etdin güc göstərəsən,anla ki,hiss səndədir! Əl çək bu yoldan daha,anla ki,güc hissdədir. Tutduğun yol sənə də acizliyi gətirir. Anlamasa bu yoldan o,heç dönməz. Ona zülm etsən belə o,yolunu dəyişməz. Doğrunu versən ona bu yola o,heç girməz. Doğru sevgidən kənar bizlərə heç vaxt gəlməz! Özün düşünən necə sevgi yaradır? Etdikləri onun özünə zövq yaşadır. Fikirdən yollar seçir düşünür doğru edir. Seçdiyini izlə sən gör kimə zövq gətirir? Anlamadıq necə çözək bu düyünü. Fikir gəldi açmaqdan çoxaltdı o,düyünü. Milyon ildir insanlara biliklərin öyrədir. Onla bacarmazsan belə,səndəki yüz ki,ildir. O,verib bilikləri gələn hər bir insana da. Güc çatdırarsan bu qədər insana da? Bəs necə çözərik bu qədər çox olan bilikləri? Bəlkə anlayan kimi çözər bütün bilikləri? Anlamaq nədən gəlir bir anlıq onu görsə. Fikir eləməz bir daha hissin özünü görərsə. Onu görən elə hissin özüdür. Onsuz yaşamı deyin görmək mümkündür? Sözü sözə calayıb sözlərdən söz yaratdı. Sözləri axtararaq suallara bağlandı. Sualları yaradır insan yalnız söz ilə. Sualların cavabın verir elə söz ilə. Bu dönür hey dolaşır heç bir an da dayanmır. Bu oyuna düşənin heç səbri də yaranmır. Bir onu sezə bilsə,görəcək ipucunu. Necə görsün suallar axtarır ipucunu. O,qədər yalnış var ki,necə sakit dayansın. Fikir imkan verir ki,hələ bir də yaşasın. Keçiləni yaşayıb,necə keçib anlamır. O,keçdiyi şeylərin cavabını axtarır. İşlər yaman qarışıq beyin düşüb təşvişə Ortada qalıb elə qulaq asır keçmişə. İçində edir savaş keçmişlə-gələcək. İndi qalıb kölgədə savaş necə bitəcək? Nədir görən bu keçmiş,bir də elə gələcək? Çözülmədən bu sual savaş necə bitəcək? Keçmiş deyir bunu mən lap elə düz deyirəm. Təcrübədən bilirəm sənə yalan demirəm. Qulaq asma sən ona gələcəyi kim bilər? Kimdən soruşsan elə məni güclü göstərər. Bu boş-boş vədləri verənə bel bağlama. Səni səhvə aparar məndən kənar dolanma. Gələcəksə bu anda girir elə oyuna. Bu həmişə belədir səni salır oyuna. Sən elə mənə bax gör gələcəkdə nə var. Orda üstün birinə dönüb dəyişmək olar. Gələcəyi necə mən göstərim ki,sənə mən. Baxıb görəsən orda,sən özün necəsən. Amma unutma ki,sən işıq həmişə gələcək. Keçmiş isə qaranlıq,nur yalnız gələcək. Bu savaş durmayır yenə də davam edir. Beyin çaşıb qalıb ki,hansı doğrunu deyir? Çevirsəm üz keçmişə biliklər əldən gedər. Qulaq assam keçmişə o günlər necə gələr? Hələ də çözə bilmir bunlar nədən var olub? Bu suallar çözülmür daxili zülmət olub. Görək varmı ayrıca həm keçmiş,həm gələcək? Çözülməsə suallar o,nur necə gələcək? Gələcəyi düşünən görən nədir o,bilir? Bəs keçmişin qaranlıq olduğunu nə deyir? Bəlkə elə ikisin keçmiş özü düşünür? Baxsın görüm bilikdən o,kənarda düşünür? Bu günə gəlib çatan sağlam yox ki xəstədir. Edib yalnız səhvləri elə ruhu xəstədir. Necə olsun o,sağlam hər şeyi də düşünür. Sağlam daxili olan görən bu cür düşünür? Necə görünsün ona keçmişin zülmət üzü. Hissdən kənar cavabı verməyib tapıb düzü. Niyə yaransın gələcək,keçmiş olmayıb zülmət. Niyə özü düşünsün hissdən alır o,qiymət. Bizim üçün bu sözlər sadəcə boş xülyadır. Elə bilirik ki,bizlər bu da bir boş sevdadır. Anlayan kimi bizlər onu başa düşərik. Fikir edib bir də biz bu sözləri demərik. Bunun üçün olanlar tamam aydın olmalı. Doğru ilə yalanın möhürü vurmalı. Yalanlar çəkilməsə onu nur da gözləmir. Yalnışlar davam etsə fiziki o,ölməyir. Fiziki necə yaşar deyin düzsüz dünyada? Yalanlarla yaşasa necə yaşar dünyada? Demək fiziki ölüm heç qorxulu deyilmiş. O,isə qorxur elə yalanlar qərar vermiş. Heç yalana aldanma heç ölməyəcəksən. Qorxuyla getsən yolu bunu görməyəcəksən. Çünki burda yaşayan heç sən özün deyilsən. O,cismi yaşadan da heç sən özün deyilsən. Bilinir ki,yalanla bizlərə hakimlik etdik. Biz doğrunu sevmirik o,necə kömək etsin? Sevsə idik yaşamı yalana yer verməzdik. Sevgi yoxsa bizlərdə hiss necə kömək etsin? Yalanlar ilə özü hissin yerinə gəlib. Bu yol ilə gedib o,sevgi ondan gəlməyib. Bu yolda yürüsə də yaman o,yorulub. Sevgi necə gəlsin ki,əyləncəyə vurulub. Əylənərək həyatın güya ki,xoş keçirir. Anlamır ki,nədəndir əyləncə önə keçir. Bir görə bilsə idin əyləncə elə özü, Yaranıbdır əzabdan bir görə bilsə düzü. Kim zövqü axtarırsa demək onda doğru yox. Heç narahat olma sən,doğru heç kəsdə də yox. Görsən doğrunu harda,sən də onu istərsən. Yalnız hissin özüdür onu bizə göstərən. Deyilir ki,düz bizdə. Haqq da desən o,bizdə. Bizim yolumuz düzdür. Sevmək desən o,bizdə. Deyək ki,olduq razı. Soruşulur sən razı, Qalmısan olanlardan? Razısan yalanlardan? Sevgi varsa bizlərdə. Əzab çəkərik biz də? Əzab ortamda varsa. Sevgi yoxdur bizlərdə! Boş sözləri danışdın. Bizlərin başın qatdın. Sevsə idin bizləri. Yalan niyə danışdın? Sənsə bizdə olanın, Səhv verdiyin danışdın. Dedin qulaq asın mənə, Biliklərdən danışdın. Qulaq asdıq biz sənə. Dinmədi yandıq yenə. Hey danışdın sən yenə. Yalançı dedik sənə. Dedik ki,sən yalançı, Vermirsən də əlacı. Bu sözü biz deyəndə, Gör yalan dedik sənə? Demək biz səni sevdik. Sənə yalan demədik. Sevməsəydik hissi biz, Sənə bunu deyərdik? Olsun bizi aldatdın. Bizi yalana satdın. Bizsə səni əzmədik. Sən bunu heç anladın? Anladınsa bunu sən, Niyə belə edirsən? Axı verdik sevgini, Niyə bunu görmürsən? Necə görsün bu fikir, Hissi keçirə bilmir. Hiss etsə idi fikir, Edərdi bizi zəlil? Demək tutunmuşuq biz, İş ondan olub qəliz. Bağlanmasaq ona biz, Rahat yaşayardıq biz. Ruh ayrı birisi. Hiss ayrı birisi. Ruh bu günkü halın. Hissə sevgili yarın. Ona görə də ruhun, Gedəcək başqa yerə. Hissə onu silərək, Atacaq sonsuz yerə. Ya indi bunu etsin. Ya da ki,sora etsin. Nə fərqi var ki,ona. Bəlkə özü çıxıb getsin. Necə getsin ki,burdan? Yalandan o,doğulan. Sevir yalanlarını. Necə qopsun ki,ondan? Bu yalansız olansa, Hey məğlub edir onu. Məğlub olsa da belə, Deyir özüm etdim bunu. Elə bilmə boş yerə, Uduzdum ona belə. Bu mənim öz gedişim, Hiylə idi bu elə. İndi bax ki,sən mənə, Gör ona nə edəcəm. Gedib gedişlərimi, Ona qalib gələcəm. Bu elə plan qurur. O,bunu öndən duyur. Nə plan qurulsa da. Hamısın sözsüz o,duyur. Fikir deyir ki,bunu, Görən necə o,çözdü? Anlamır ki,ondakı, Biliyi hiss özü düzdü. Bu hey düşünür elə, Yeni yollar tapacam. Ona bu yeni ilə, Tələni də quracam. Anlasın ki, o bunu, Bir gün mən güclənəcəm. Göstərəcəm gününü, Mən də ona güləcəm. Bəsdi məni yendiyi, Mən heç zəif deyiləm. Mən öz biliklərimlə, Ona son gətirəcəm. Anla ey insan ki,sən, Heç düz yolda deyilsən. Edirsən yalnışı sən, Heç düz yolda deyilsən. Elə bilmə ki,bunlar, Əzmək üçün deyir. Sadəcə sənə elə, Sevgidən bu verilir. Çünki elə deyilsən, Heç sən zəif deyilsən. Bunu sənə söyləyir, Düzü daha görəsən. Görmədən nə olacaq? Yenə zülüm hökm edib, Hissə acı verəcək, O,da səni əzəcək. Əgər sevirsənsə sən, De necə edəcəksən? Düzü yaşamaq yoxsa? Zülmü seçəcəksən? Sən də anlasan bunu, Nur elə genişlənər. Sonra bütün insanlıq, Gün işığını görər. Ona görə dialoq, Bizlərə gərək olub. Dialoqdan qaçaraq, Gör bizlərə nə olub? Verərək o,məsləhət, Güclüyəm dedi əlbət. Onu dinləyən isə, Seçilmiş zəif əlbət! Düşünərək onu biz, Zəif olub seçdik. Güçlü olana bele, Məsləhət verə bildik? Bizdən güclü olana, Məsləhət verə bildik? Yoxsa bizim kimi o, Çözə bilənə verdik? Demək acizi biz, Axtardıq bu ortamda. Bunu belə edərək, Yaratdıq acizliyi biz. Yoxsa burda zəiflik, Var idi görən əvvəl? Düşünərək bunu biz, Yardıldı zəiflik. Kim sevirsə bizləri, Verməz o,heç kədəri. Yaramızı sağaldar, Etməz xəstə bizləri. Ruhumuz qan ağlayır, Zövq alanın əlindən. Düşüncəyə baxaraq, Qurtularıq əlindən. Çünki bütün bunları, O,edir elə bizə. Onu çözməsək bizlər, Yalnış yol verər bizə. Ayıl daha yatma sən. Yatsan geri qalarsan. Yalnışdan əzab çəkib, Bizə zülüm edərsən. Ayılmağınsa sənin elə doğrunu görmək. Doğru olmasa için,yenə seçim edərsən. Fikir edib seçdiyin biliklər hissdən kənar, Əl vurub onlara sən,yenə səhvi edərsən. Elə düşünmə ki,biz sənin etdiyini biz, Cavablayarıq elə,zülmü qaytararıq sənə. Bir onu görsən elə,anlayarsan yazanı. Bu anlamağınsa sevgi yaradar elə. De hansı sualların qalıbsa söhbət edək. İstəmə ki,bunu biz sözlə məsləhət verək. Sözləri desək belə olanlara sən də bax. İştirak elə sən də dialoqu biz quraq. Bu dialoqla bizlər cavabları görərik. Çünki ortada hiss var onunla biz çözərik. Sevgi buna deyilir,eşq isə başqa bir şey. O,istəkdir,seçimdir,bağlılıqdır,fikirdir. Düşünmə ki,biliyi beyindən silmək lazım. Qayıdan anda geri o,bilər hansı lazım. Heçnəyi bu həyatda,dəyərsiz görüb bilmə. Olanlar hissə gərəkli onları sən silmə! Yalnış olan biliyi o,elə həmişə silir. Ona lazım olana sən qarışma o,bilir. Qarışaraq korladıq bu işıqlı dünyanı. Düzü görən kimi biz,bəlkə işıq qayıtdı? Bunun üçün biz gərək yalanı dəqiq görək. Görmək gözlə deyil elə hisslə izləyək. Bir də onu anlayaq aydınlıq hardan gəlir. Onu anlamadan biz necə çözüm gətirək? Ondandır deyilib ki,qarşında iki yol var. Hansına getsən elə onu sənə daddırar. Sənin girdin yerdə sənə cavab gətirər. Hər ikisinin qiymətin cismə o,özü verər. Düşdük mənim dalınca sevinərək elə biz. Anlamadıq o,nədir düşdük yaman tora biz. Hey fikirləşir insan görən rahatlıq harda? Bu yanğılı daxilin çarəsi görən harda? Bizdən qabaq insanlar anladılar bu fikir, Vermir bizə rahatlıq dedilər sonun gətir. Sonra fikir etdilər onu öldürmək üçün. Seçdilər yeni yollar ondan qurtulmaq üçün. Onu öldürmək üçün üz tutdular özünə. Çox götür qoy edərək cavab verdi o,bizə. Ey insan oğlu sənsə nəyə gərəksən burda? Sənin yerinə bilik həll axtarır yaşamda. Sənsə canı daşıyan,canlı vücuda sahib. Alçaldaraq onu sən,olmusan fikrə sahib. De indi ki,o sənə necə kömək eləsin? Susdurmusan onu sən,necə çözüm gətirsin? Ona görə daha sən bilik öyrənməlisən. Qarşına çıxan şeyi,çözmək üçün bilməlisən. Bilmədən görən necə olanları çözərsən? Tapmadıqda çözüm sən yalnız belə edərsən. Əldə etdik biliyi rahatlıq gəlsin deyə. Əldə edən kimi tənbəllik gəldi bizə? Yoxsa elə tənbəllik bilikləri topladı? Anlamadı necə o,tənbəlliyi yaratdı. Tənbəllik bəlkə elə,sual vermək özgəyə? Qulaq asırsan onda elə başqa kimsəyə. Deyək o,keçdiyini sözlə ötürür sənə. Sözlər alırsan ondan,çata bildin düzünə? Bəlkə o,elə sənə keçmədiyin danışır? O,da alıb özgədən sənə sözlər danışır. Elə hər bir halda da alırsan sözləri sən. Sözlərə sahib oldun danış görüm düzü sən! Bax bu ixtiradır əgər görsən düzü sən. Onda anlayarsan sözlər niyə öyrənirsən. Əgər anlamasan yenə sual verərsən. Sözləri toplayaraq yenə fikir edərsən. Bax ki,bu fikirin sonu anlayanda gəlir? Yoxsa elə anlamayıb söz toplayanda gəlir? Demək onda iki yol biri fikir,anlamaq. Anlamağın özüsə fikiri necə quracaq? Fikir varsa onda demək yoxdur anlamaq. Fikir anlamağa görən necə çatacaq? Oldu aydın fikir yaşayandan deyilmiş. Çünki canlılara hiss özü cavabı vermiş. Deyin onda bu fikir nədən görən törəndi? Axı hiss özü heç keçəcəyin düşünmədi. Bəs bu fikir yaşama deyin hardan gəldi? Yaşayandan başqa onu bura nə gətirdi? Bunu biz yaratmışıq özümüz həll etməliyik. Bunu bizdən başqa yaşayan yox görməliyik. Nə sual qursaq belə hissə nəzər verməliyik. Etdikcə sual,cavab doğruya yer verməliyik. Bu burda bitməzsə,insanlıq gün üzü görməz. Bu yoldan qayıtmasaq,bizlərə rahatlıq gəlməz. Ver sual ver cavabı,hissdən kənar çıxılmasın. Bir olanı dəqiq gör sualdan qorxub qaçılmasın. Bir olan bu nədir yaşayan,yaradan? Desən əgər yaradan onda de nədir yaşayan? Desən əgər yaşayan onda dəqiq olar bu yaşam. Onda aydın sual verib tamam həll olar yaşam. Əgər varsa yaradan orda olur yaşayan. Aydın oldu yox yaradan,bəs onu nədir axtaran? Bəlkə elə həmişə sualı səhvdir quran? Onda bu baxışı kimdir yalnış yaradan? Baxılır olanlara sual verir sözlər ilə. Yaşayır,keçir yenə cavab verir sözlər ilə. Baxır heç nə görmür çünki baxır biliklərə. Nə sual qursa da yenə baxır biliklərə. Bu hey dönüb dolaşır çıxa bilmir kənara. Çırpınır,səy göstərir rahat olmur çəkilir kənara. Bu yanan daxilin özündən suallar başlanır. Hey yanır tapmır çarə sonra oynamaq başlanır. Biz bu yaşama sözləri gətirdik. Doğulan hər kəsə onları da öyrətdik. Bu sözlər yaşama sürəti gətirdi. Bu sürət bizlərə qaçmağı da öyrətdi. Qaçdıq sözlər ilə elə hissin özündən. Yandıq kül olduq sevgisiz işdən. Sevgini axtardıq özgə yerlərdən. O isə varlığa doğmadır bizdən. Doğmalıq hardandır bunu demədən. Biz doğmalığı öyrəndik hissdən. Bu fikir gələndə suallar başladı. Bu işin özündən zaman yarandı. Burda idik hər bir hər zaman. Burda yaşayan axtardı zaman? Yoxsa dünən idi bunu yaradan? Dünən isə nədir ki,bağlanmadan. Bağlandıq yaşamda olan şeylərə. Parçalanma gətirdi bu da bizlərə. Bu ayrılıqdan savaş başlandı. Savaşa da bağlandıq insanlıq yandı. İnsanlığı öldürdük bağlanan andan. Bağlanıb ayrıldıq sonsuz yaşamdan. Bu yaşam bizlərə əyləncə verdi. Hiss bu əyləncədən gülə bilmədi. Düşündük çözmüşük bu həyatı biz. Düşüncə bu fikri edər biliksiz? Fikrin etdiyinə biz hiss deyirik. Hissi anlamadan belə deyirik. Anlamadan yaşamı fikirlər etdik. Amma fikirləri sözlərlə etdik. O,yaşam fikri düşdü hədəfdən. Düşdüyü anında qaçdıq zülmdən. Amma bilmədik ki,niyə qaçırıq. Bizi qaçıran nə ona baxmadıq. Hey qaçdıq uzağa hissin özündən. O qədər uzağa qaçdıq görmədən. Hissi də böldük çoxlu yerlərə. Dedik ki,bədəndən gəlir bizlərə. Baxdıq ki,bədəndə çoxlu hissə var. Cismə baxıb da görməyə nə var. Biz anlamadıq cismin yaşamın. Soruşub görəsən tapdıq cavabın? Soruşan anında cismi izlədik. Cismə baxaraq cavabın bildik? Tapmadıq sonradan göydə axtardıq. Ora da baxıldı görən biz tapdıq? Düşdük dərinlərə atoma baxdıq. Ona da baxıldı görən biz tapdıq? Hiss isə bizlərə bizdən yaxın. O,özü anlayır dünya yaşamın. Bəs necə bizlərə versin cavabı? Düşündük o,verir bizə əzabı. Bu baxışa görə ondan qaçdıq. Qaçaraq doğruya deyin biz çatdıq? Qaçan ixtira etmiş burda yaradan. Deyin ki,nədir hissi yaradan? Görsəniz bizə də deyin cavabı. Cavabın içindən doğsa sualı. Bilərik doğruya çatmayıb əlbət. Doğruya çatıbsa görərik əlbət. Baxın ki,varlıqlar onu tərk etdi? İnsandan başqa nə(kim) bunu etdi? Deyin ki,varlıqlar heç həyat seçdi? Niyə seçsinlər ki,hiss çözüm verdi. Verməsəydi onlara çözüm. Onda yerinə edərdi seçim. Bəlkə belə sual heç düz deyil. Onları yaşadan elə hiss deyil? Azadlıq gələcək sual cavabla. Sual düz qurular yalnış cavabla? Bəs sualları necə düz verək? Doğrunu,yalnışı necə tam görək? Beyində olan sualı deyil. Onu verəni aydın görməli. Sualı həll etmək önəmli deyil. Onu verəni aydın görməli. Onda çözüləcək bütün suallar. Rahatlıq gətirər onda cavablar. Sonra veriləcək aydın suallar. Özü də həll edib rahatlıq tapar. Suallar yaranır iki hədəfdən. Biri bilikdəndir biri də hissdən. Bunların ikisin dəqiq görməsən. Düz suala çata bilməzsən. Başımız qarışıb sual çözməyə. Ömrü hədər etdik yalnız bilməyə. Heç biri önəmsiz deyil həyatda. Bunları çözərək sən rahat yaşa. Doğru elə rahat,elə asandır. Yalanlar bizlərə zülüm yaşadır. Doğrunu görəcək sevə biləndə. Sevgi yaranacaq ciddi birində. Ciddi olmaq necə yaransın? Düzü görsün də onu taptasın. Yaranar bu halda ciddi birisi? Yoxsa yaranar zalım birisi? Ciddilik özbaşına necə yaranar? Üz güldürməyə veribdir qərar. Bu halda ciddilik necə var olar? Daxili yanaraq üzdə oynayar. Onu ifşa edir ikili həyat. Doğru olmadan olubdur rahat. Yalanla deyin ki,onu yaşayar? Yoxsa zülüm çəkib üzdə oynayar? Bu yaşamı saxlamaq gərək. Bunun fəsadın gərək dərk edək. Anlayan anında sakitlik gələr. Sakitlik bizlərə sevgi gətirər. Dəqiqlik gələndə dayana bilməz. Çünki bu dəqiqlik zülmə əyilməz. Bizi güçlü edir yalnız doğrular. Doğru qarşısında yalan yox olar. Bax onda bu yaşam tamam dəyişər. İnsanlar bu yaşamda ancaq sevinər. Daxildən gülməsə zülmə əyilər. Bu halı hər kəsə əzab çəkdirər. Rahatlıq doğrudur yalnışlar deyil. Bir də dəqiq görüb anlamaq deyil? Sözdən olan fikir onda yox olar. Elə bu bizi də güçlü yaradar.
·
271 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.