Gönderi

304 syf.
·
Puan vermedi
·
14 günde okudu
Bu Albert Kamyudan oxuduğum artıq üçüncü əsərdir. Kitab boyunca yazıçı balaca Oran adlanan şəhərdə taun epidimiyasının yaratdığı fəsadlardan bəhs edir, xəstəlik eyni olmasa da, epidemiya və təsvir edilən hislər, düşüncələr hər birimizə tanışdır. Müəllif/Ryö taunu bir növ bəlanın, böhranın simvolu kimi təsvir edir. Onun fikrincə "Bəlanı insan təyin etmir və adam fikirləşir ki,o, mücərrəd varlıqdır, qorxulu yuxu kimidir və keçib gedəcək. Lakin o həmişə keçib getmir, qorxulu yuxular kimi bir-birini əvəz edir və keçib gedən adamlar olur." Bundan əlavə, əsəri oxuduqca, insanların epidemiya ilə bağlı həmfikir olmadıqları kimi, üzləşdikləri vəziyyət ilə mübarizələri də müxtəlif olduğu bir daha aydınlaşır. Həkim Ryö, Taru, Qran kimi əsərin qəhrəmanları təsvir olunan "bəla" ilə mübarizədə əsas iştirakçılardandırlar, Kotar obrazı isə böhran zamanı insan xarakterinin üzə çıxan qaranlıq tərəfini təmsil edir. Taun ilə mübarizə aparmaq üçün yorulmadan çalışan digərlərindən fərqli olaraq, Kotar xaosda inkişaf edir, qara bazar fəaliyyətləri ilə məşğul olur və epidemiyanın fəsadları azaldıqca dəliliyə düçar olur. Hər bir obrazın təsviri epidemiyanın və bunun təsvirində çətinliklərin, şərin, böhranın insanların həm ən yaxşısını, həm də ən pisini necə ortaya çıxara biləcəyinə dair fərqli bir perspektiv təqdim edir və “Taun”nun zəmnində insan vəziyyətini, iztirablarını, sevincini, daxili aləmini dərindən əks etdirir.
Taun
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201620,2bin okunma
·
29 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.