Gönderi

7/10
·236 syf.··
Beğendi
·
2024 6. kitabı
Bu kitabı oxuduqdan sonra köhnə hislər, düşüncələr gəldi gözümün önünə. Səhər tezdən evdən qaça-qaça çıxıb universitetə getməyim... Elmlər akademiyasının ətrafında çiçək açan ağaclar... Cins pencəyim və qara çantam :)... Mühazirə otağına iki dəqiqə gecikəndə müəllimin hər sözünə rəğmən “qb” almamaq üçün keçib sakitcə oturduğum o dərs... Bu kitabla tanışlığım III kursda anasını çox kiçik yaşlarında itirmiş bir bəy tanışım sayəsində oldu. Kitabı səhər 11-də mənə verən bu tanışım günorta 3-də aldı məndən. Və nəticədə mən sadəcə bir neçə səhifə oxuya bildim. Amma ona heç vaxt küsmədim. Səbəb isə kitabı məndən alışında kiçik bir uşaq həvəsinin və gözlərində “o” parıltının olmasıdır. “Mən aşiq oldum”-dedi və davam etdi “Şeyyy... O bu kitabı istəyir”. Sadəcə gülümsədim və kitabı uzatdım. Ona heç vaxt küsmədim ;) Sonra uzun illər “Oxuyacam!” desəm də növbə çatmadı. İllər sonra isə kitabı tapmaq çox çətin başa gəldi. Bəs dəyərdimi?-Dəyərdi. Kitab Əziz Yaqubzadənin “Ona”sıdır. Düşündüyümün əksinə kitab sadəcə romantik hislərdən deyil, hər sevginin ağrı-acısı olduğu qədər, onların bir gün bitəcəyindən bəhs edir. Çox təfərrüata girməyəcəm özünüz oxuyun deyə) 🪻Sonda isə “Məmnun oldum, @azizyaqubzade ” Əziz YaqubzadəƏziz Yaqubzadə
Edebiyat
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
·
102 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.