Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
8/10 puan verdi
·
Beğendi
·
61 günde okudu
Kitab bizim üçün bir az qəliz dildədir. Şərhləri belə olsa, yenə də yunan və Roma mifologiyasından, yəhudi və xristian dini mətnlərindən anlayışın olmalıdır. Əsər boyu belə görünür ki, Erazm tərəddüdlər içində yazıb əsəru. Müəllif əsərin əvvəlində Səfehliyi əvvəlcə insanlardakı biveclik kimi qələmə alır və onu tərifləyir ki bəzən belə olmaq lazımdır. Sonra müdrikləri pisləyir və burada belə anlayırıq ki, söhbət ürəyi ilə yox sadəcə hər şeyi standartlar içində yaşamağı düşünən müdriklərdən gedir. Sonra müxtəlif peşələrdə səfehliyin rolunu göstərməklə onları tənqid edir. Sona doğru dünya nizamından gileylənir. Son hissələrdə isə əsas zərbəni xristian rahiblərinə vurur. Onların əslində Hz.İsanın həyatı ilə nə qədər əks yaşamağı və Hz.İsanın sözlərini təhrif etməkləri. Papaya söz atmağı isə artıq qəzəbini açıq göstərən meyardır. Özü xristian olsa da, xristian dininin əsasının axmaqlıq olduğunu deməsi ilə həm katoliklər, həm də sonradan yaranmış protestantların qarşı çıxdığı fikirləri ilə üzbəüz qalmışdır. Ancaq mən düşünürəm ki, o burada səfehlik deyərkən ürəkdən Tanrıya bağlılığı nəzərdə tutur və bu zaman hər şeyi quru qanunlarla həll etməyin cansıxıcı olduğunu göstərmək istəyir. Tərəddüdlərinə baxmayaraq əsərin tənqidi janrı, mifoloji və dini mətnlərlə uyuşdurulmasına görə 8 xala dəyər.
Deliliğe Övgü
Deliliğe ÖvgüDesiderius Erasmus · Türkiye İş Bankası Kültür Yayınları · 202111,6bin okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.