Kendine İyi Bak
Necə başlamalıyam bilmədim.
Kitabı ilk dəfə bir sosial mediada gördüm bir səhifəsinin şəklini.O qədər içdən gəlmişdiki o cümlələr mütləq almalıyam demişdim.Amma hər dəfə nə isə oldurdu almaq nəsib olmurdu.Keçən günlərin birində bu kitabı bir dostuma göstərdim almaq istədiyimi amma niyəsə alınmadığını dedim.Məndən kitabın şəkilini istədi.Mənim üçün normal idi çünki dost qrupumuzda davamlı yeni kitablardan, konsertlərdən danışırıq.1 iyun yəni 2 gün əvvəl kitabxanaya getmək üçün sözləşdik.Mən də yol üstü bir kitab mağazasına girib bu kitabı aldım.Dostumla Axundovun önündəki Sahil parkında görüşdük mənə 1 iyun(uşaqlar günü)üçün hədiyyə aldığını və mənim çox bəyənəcəyimi dedi. Açdım bu kitab.Oda mənə bu kitabı alıb və məndə bu kitabı özümə almışdım həmin gün.O an o qədər xoşbəxt oldum kii, hər ağlıma gələndə, kitabı görəndə gülümsüyürəm.Mənim aldığım, altını xətlədiyim kitabı dostuma verdim. Nəticədə ikimizdə bu kitabı oxumağa başladıq eyni gün (təşəkkürlərrr mandalincim).
Kitaba gələndə demək olar ki hər səhifəsində hər cümləsinin altını xətləmişəm.Bir kitab bu qədər mi insanı yaxşı tanıya bilər.Sevməyin necə gözəl duyğu olduğu,biri tərəfindən sevilməyin kimləsə sevgili olmadan daha üstün olduğu,bizim var olduğuna dair ümidlərimizin tükəndiyi ama mütləq qarşılaşacağımız o xəyallarımızdaki şəxsin də bizi gözlədiyini, sevən hamının gələ bilməməyi və içimizdən bir səs keçirsə mütləq o səsə qulaq verib addım atmalı olduğumuzu bir daha təsdiqlətmiş oldum. Yaxşı ki oxudum dediyim kitablardan biri oldu.Ben aşık oldum dosdarr bu kitaba qısaca:)