Hikmet Anıl Öztekin YouTube platforması vasitəsilə tanımışam, onun ilk videolarını izləyənlər bu kitabla daha rahat bağ qura bilər. Bağ qurmaq dedim çünki bu kitab tamamilə bununla bağlıdır. Rasional düşüncəyə daha çox üstünlük verən insanlar üçün səthi bir kitab olaraq gələ bilər. Kitabın içində də bu ziddiyyəti görmək mümkündür. Yazıçı rasional düşüncəni, fərqində olmağı kəlimlərdə ifadə etsə də, əslində kitab tamamilə emosional zəmin üzərində qurulub. Kitab sözü keçən axtarış əslində mənəvi bir axtarışdır. Bu ikisi arasında bağ qurmağa çalışılsa da tam əhatə olunduğunu deyə bilmərəm.
Kitabın müəyyən hissələri bir aydınlıq gətirsə də, alt zəmində oxuyub keçirsən.
Yazıçının avtobioqrafik obrazının bir qədər şişirdildiyini düşünürəm, xüsusilə James obrazı tərəfindən, çünki psixologiyada insan şəxsiyyətinin inkişafının üç aspektindən biri insanın şəxsi fəallığıdır. James öz şəxsi fəallığından daha çox yazıçının fəaliyyətini qiymətləndirir. Əsərin süjet xəttinin məna yükü qabardılır.
Müəyyən dini və cüzi-fəlsəfi düşüncələr açığı xoşuma gəlsə də , geniş mənada bir manipulyasiya var.
Eyni zamanda şərqi romantik bir üslubla şişirdiblər. Doğrudur, bir çox fəlsəfi baxışların əsası şərqdə qoyulsa da, günü bu gündə bu dərinlik mövcud olsa da, fəlsəfə sistemli şəkildə qərbdə daha effektiv açıqlanıb və orada fəlsəfə daha yaxşı "satılıb".
Amma burda qeyd olunan cüzi-fəlsəfi baxış da şərqin fəlsəfəsini trilyonda bir zəmində göstərir.
Əgər romantik bir axtarış içərisindəsinizsə bu kitab sizə "sanki həyatımı təsvir edir" hissi yaşadacaq.
Rasional axtarışınız varsa, "oxudum" olacaq.
Ps. Paulo Coelho oxuyurmuş hissiyatı yaratdı ki, məncə onu da çox mübaliğə ediblər.