·779 syf.····Okunma: 01 Nisan 2024 00:09 Budala'nı niyə oxudum? Mən bu kitabın adını ilk dəfə 18 yaşımda eşitmişdim. O zaman kitablardan çox danışırdım və dinləyənlərdən birinin "İdiotu oxumusan" sualını verməsi məni çox zavallı bir vəziyyətə salmışdı. Hətta dinləyən (rusdilli idi, onun deyəsən, xəbəri yox idi ki, elə bizim dildə də, kitabın adı İdiotdur.) "Budalanı deyirəm" deyib düzəltmişdi guya. Sanki o da, inana bilmirdi ki, necə oxumamışam o kitabı. Bir müddət bu məsələ məni narahat etsə də, sonra unutdum. Bu kitabı da, beləcə illərlə oxumadım. Bu ilə qismət imiş.
Budala deyəndə mənim gözümdə saf, insansevər, hər cür iyrənc əməldən uzaq İsa peyğəmbər gözümdə canlanır. Bu mənim artıq Budala deyə son müraciətim olacaq, onu öz adıyla, Mışkin deyə ifadə edəcəm, çünki özü də, Budala sözündən heç xoşlanmır. Mışkin bir gün, xəstəliyi sağalmayınca İsveçrədən Rusiyaya qayıdır. O burada eyni soydan gələn Lizaveta Prokofyevnanın evini ziyarət edir. Bir-birinin ardınca maraqlı hadisələr bundan sonra başlayır. Bəzi yerlərdə Mışkin oxucuya İsveçrədəki yaşadığı torpağa aparıb miskin həyatını göstərir. Bu əsərdə də, Dostoyevskinin digər əsərlərində olduğu kimi epilepsiya xəstəsi var. Karamazov qardaşlarında olduğu kimi güclü qadın obrazı var. Güclü sözünü bir az açmaq istəyirəm. Nastasya Filippovna əslində kitabsevər, empatiya qurmağı bacaran, humanist biridir. Lakin ictimaiyyətə o, alaycı, sayğısız, çirkin tərəfini göstərir. Bu da, əslində, bəlkə də, Filippovnanın yaşamaq üçün o cür davranmalı olduğunu düşünməsindən irəli gəlir. Təbii ki, onun özünü artıq sayğısız biri kimi tanıtmasının da, böyük əhəmiyyəti var. Artıq o, istəsə belə, şərəfli bir insana çevrilə bilməyəcək.
Kitabda ən çox xoşuma gələn obraz Gavrila obrazı oldu. Həyatında indiyə qədər heç bir şey etmədiyinə görə, əlindən gələni edirdi ki, (hətta buna şərəfsizlik də, daxildir) özünü göstərə bilsin. Birilərinin diqqətini cəlb etsin.
"Neden paralayıp duruyorsun kendini canım? diye mırıldandı. İyi bir insansın, ama komik oluyorsun: Bir parçacık yakınlık gösteriyorlar sana, hayatını bağışlamışlar gibi teşekkürler edip duruyorsun insanlara. Bunun övünülecek bir şey olduğunu sanıyorsun, ama sıkıyorsun insanları".
Bu kitabı oxuyarkən özümü çılpaq hiss etdim və dedim ki, görəsən, bu qədər görünərəmmi? İnsanın öz həqiqətlərinin üzə çıxmağı bir az acı olur.
Son olaraq, onu qeyd edim ki, Budalanı oxumadan öncə ruhi cəhətdən hazır olduğumuzu, öz həqiqətlərimiz barədə düşünmə istəyimizdən əmin olmalıyıq...