Gönderi

Axtarma
Taparsanmı bir gün məni Bu şəhərin insanla dolu boş küçələrində? Axtararsanmı bir gün məni Yazılmamış hər şeirdə? Məni insan zənn etmə Bir məzarlıq var qəlbimdə Susuzluqdan ölmüş uşaqların qəbrindən Ölmüş hər körpə mənəm
··
189 views
Jalə İslam okurunun profil resmi
Məni axtar, Ruhu cismindən qeyb olan hər kəsin Səssiz baxışlarında. Məni axtar, Başlaya bilmədiyin bütün abzaslarda, Bitirə bilmədiyin bütün cümlə sonlarında. Məni axtar, Bir vidanı belə yaraşdırmadığın son məktub sətirlərində. Məni axtar Yad elin boğazı dələn acı su dadında. Məni axtar, Tapdığını zənn etdiyin hər gün. Zənn edib itirməyə məcbur olduğun hər gün... Sən yenə də məni axtar! Qaralamam üçün üzr istəyirəm 🙏
Aqil Adilli okurunun profil resmi
Çox yaxşı alınıb, nə üzrü? Əladır
4 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.