Gönderi

Sonra getdim Mərakəşə, gördüm Mərakeş xalqı ana dilində yox, fransızca danışır. Gəldim “Latın dili” şeirini yazdım. Orda qeyd elədim ki, latın xalqı yer üzündən silinsə də, dili yaşayır. Ancaq dünyada elə xalqlar var ki, özü yazsa da, dilini öldürüblər: MK-dan Cəfər Cəfərov məni yanına çağıraraq soruşdu ki, nə demək istəyirsən?! Dedim ki, görürsünüz, əsər Kasablankada yazılıb. O dedi: “Axı, sən yazdığın bizə bənzəyir. Mən dərhal dedim ki, bunu mən yox, siz dediniz. Bir də ki, əgər “bu bizik”sə, onda gəlin özümüzü düzəldək. Bax, sonralar anti-sovet ruhda yazdığım əsərləri beləcə “sığortalayır, mövzusunu gah tarixə keçirir, gah da məkanı dəyişirdim”. Ancaq “Gülüstan”ı yazanda (1959-cu il) çox cavan idim. Sözümü birbaşa demişdim: Min ləkə vurdular şərəfimizə, Verdik, sahibimiz yenə “ver” dedi. Lap yaxşı eləyib doğrudan bizə, Biri “baran” dedi, biri “xər” dedi Bizi həm yedilər, həm də mindilər, Amma arxamızca gileyləndilər...
·
54 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.