7/10
·127 syf.··
2024 11. kitabı
·
10 saatte okudu
·
Okunma: 25 Haziran 2024 00:26
Qəlbimdəki ağrı ilə yazıram bu təhlili. Açığı sonunun yaxşı bitəcəyinə özümü inandırmışdım........amma səhv etdim..... . Kitab iki gəncin maraqlı tanışlığı ilə başlayır. Maraqlı deyirəm, çünki belə tanışlıq həqiqətən eşitməmişdim(oxumamışdım:)) . Lakin hər sevgini yıxan yalan bu sevgiyə də bir əncam çəkmişdi. . Yalanı ilk öyrəndiyim zaman Lunaya haqq qazandırıb Əhmədi qınamışdım. Lakin Lunanın belə səhv addım atmasını da istəmirdim.... Lakin olan olmuşdu..... Amma hər iki tərəf artıq bərabər səviyyədə idi... . Kitab maraqlı, sadə dildə yazılmışdı. Kitabdan qadın səliqəsi hiss olunurdu sözün əsl mənasında.... İstifadə olunmuş şəkillər, şeirlər də hekayəyə ayrı bir maraq , dad qatırdı. . Real həyatda baş vermiş hadisədən yola çıxaraq yazılması isə insanı kitabdakı hadisələrə ciddi yanaşmağa sövq edirdi.... . . Ayrılıqlar sevilməsə də bəzən insan getməlidir..... . Amma gedən zaman digər variantı da (bu kitabdan yola çıxaraq) nəzərdən keçirib "Əlvida deməyə tələsməyin" .... . Xoş mütaliələr.....
Hayata Dair
Əlvida Deməyə TələsməBahar Bəxtiyarqızı · Mücrü Nəşriyyatı · 202412 okunma
··
618 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Bu kitab məndə o qədər dərin təsir buraxıb ki, heç vaxt unutmayacaq və kitabı, hər dəfə yaxşı kitab üçün darıxanda dönə-dönə oxuyacağam. Bahar xanıma uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.
Təşəkkürlər ,oxuyub fikirlərinizi bölüşdüyünüz üçün😇
Ulkerizm
Gönderi Sahibi
Xoş oldu mənə. Uğurlarınızın davamını arzu edirəm. 💜