"Her şeyin bir sonunun olması anlamlı kılar yaşamı.
Ölmek için değil, anlamak için doğar insan."
İllər öncə oxuduğum kitabı bugün kitablarımın arasında gördükdə qısa incələməsini etmək istədim. Hələ də əlimə aldıqda, səhifələrini vərəqlədikdə eyni həyəcan, sevinc, hüzn, ümid duyğularını yaşaya bilirəmsə deməli, bu kitabı həqiqətəndə "şımartmağa" dəyər. Tövsiyəm, kitabı bir nəfəsə oxuyub bitirməməyinizdir. Cümlələri həzm edə-edə, bəzi yerlərində həyatınızdan bir ân tapmağa çalışaraq oxunduqda sizə çox gözəl bir yol yoldaşı olacaq. Yazıçısından sizə qısa da olsa bəhs etmək istəyərdim. Hikmet Anıl Öztekin videoları/kitabları ilə "böyüdüm" deyə bilərəm. Tanıdığım qədəri ilə onu deyə bilərəm ki, mərhəməti, xeyirxahlığı, uşaqlara olan sevgisi ilə bilinən, hər daim axtarmaq, öyrənmək, kəşf etməyə böyük maraq göstərən, ənn əsası xəyallarına düşkün olan biridir.
Bir sözlə, həyata bir eşq çəmbəri gözü ilə baxabilmiş, öyrənməyi, öyrətməyi, yaşamının anlamını ömründə bir dəfə belə olsa sorğulamış olan bütün dərddaşları bu kitabı oxumağa dəvət edirəm. Sevgi ilə qalın..