Bəxtimin ülkəri deyərdim sənə,
Dayandıq üz-üzə, alışdıq, söndük.
Nə vaxt uzaqdaydın, doğmaydın mənə,
Nə vaxt yaxınlaşdıq, ögeyə döndük.
Bu görüş, bu vüsal yalanmış, yalan,
Başımın üstünü aldı qarlı qış.
Demə, o duyğular kül altda qalan
Közün axırıncı işartısıymış...
Ürəyim - günbəgün soyuyan torpaq,
O sevgi - bir payız çiçəyi imiş.
Göz yaşın - budaqdan düşən son yarpaq,
Ahların son bahar küləyi imiş...