Gönderi

3-487 arası bir ədəd yazın, şeirlənək.🕊️ (Universitetimizin müəllimi Rafiq Yusifoğlu şeirləri ilə...) Seçilmiş Əsərləri II.Cild
Şiir
··
1.057 Gösterim
31 Yorum
Lütfen giriş yapınız.
267 💫
Vəfa Hafiz
Gönderi Sahibi
Saçlarının qoxusundan Könlüm çiçəkli yaz olub. Ürəyimə sevgi sözü Baxışlarınla yazılıb. Eşq oduna yan demişəm, Hər sözünə can demişəm. Canımı qurban demişəm, Bu da səninçün az olub?! Gələ bilmirəm özümə, Həsrətin çöküb gözümə, Tellərin dəyib üzümə, Ürəyim telli saz olub. Daşlara çalma eşqimi, Sevə bilmərəm heç kimi. Qəlbim bir qətrə yaş kimi Kirpiklərindən asılıb.
Vəfa Hafiz
Gönderi Sahibi
Mən təşəkkür edirəm.💕
286 Şeirlənək, Vəfam💙🥹
Vəfa Hafiz
Gönderi Sahibi
İçin-için yanıram, Səni xoşbəxt sanıram. Gözlərini anıram Söykənib bir palıda. Yağış süzülür dən-dən, Unuda bilmərəm mən Üzünə bəzək verən O xırdaca xalı da. Seyr edirəm çəməni, Sevirsənmi de, məni? Gözləyəcəyəm səni Döysə məni yağış da, Döysə məni dolu da. Getdi vüsallı günlər, Ayrılığa sinə gər. Sevməsəydin sən əgər, Vida vaxtı gözlərin Dönərdimi buluda?!
Vəfa Hafiz
Gönderi Sahibi
Düşünürəm baxdıqca üstü güllü donuna, Sinəsi gül-çiçəkli çöllər sənə oxşayır. Bilirəm necə safsan, desəm heç yalan olmaz, Suyu dupduru, təmiz göllər sənə oxşayır. Boylanıram qabağa öz arzumun səsiylə, Ürəyim cuşa gəlir sevilmək həvəsiylə. Desəm heç yalan olmaz, ətirli nəfəsiylə Ürəyimi oxşayan yellər sənə oxşayır. Gözəl gül seçim deyə gəzdim çəməni, dağı. Güllər necə qəşəngdir, qızarıbdır yanağı. Səni gülə, çiçəyə necə oxşadım axı, Sən gülə bənzəmirsən, güllər sənə oxşayır...
Vəfa Hafiz
Gönderi Sahibi
Mən təşəkkür edirəm. 🩷😊