Gönderi

Vəfa Hafiz bir yorumu yanıtladı.
3-487 arası bir ədəd yazın, şeirlənək.🕊️ (Universitetimizin müəllimi Rafiq Yusifoğlu şeirləri ilə...)
Seçilmiş Əsərləri II.Cild
Seçilmiş Əsərləri II.Cild
··
814 görüntüleme
Ülkər okurunun profil resmi
126
Vəfa Hafiz okurunun profil resmi
Nə yaxşı ki, soyuq olur üzü torpağın, Əcəl neçə açılmamış qönçəni dərdi. Ölüm gündə bir qapının olur qonağı, Bugunkü dərd unutdurur dünənki dərdi. Özgələrin kədəri də yad gəlir bizə, Eh, hərənin bir mayadan yoğrulub xəmri. Baş sağlığı verə-verə bir-birimizə, Bir də baxıb görürük ki, sonudur ömrün...
Vəfa Hafiz okurunun profil resmi
Onu görcək həsrətimin Çiçəkləri qönçələyib. Bu gözəlin gözlərində Qərib sevgi gecələyib Nəfəsiylə məst eləyib Yar dəlisov küləkləri. Qəlbimin xəritəsidi Bu gözəlin bəbəkləri. Bu gözəldən gözünü çək, Bu gözəl mənim payımsa. Ürəyimi verməliyəm Bu gözəl məndən pay umsa.
Vəfa Hafiz okurunun profil resmi
Nədən söhbət açaq bilmirik hələ, Tale görüşdürüb bu yolda bizi. Yaman sıxılırıq, tanısaq belə Uzaqdan-uzağa bir-birimizi. Gözüm tora düşüb sənin gözündə, Nəfəsin közərdir kül altda közü. Deməyə qorxuruq ikimizin də Qəlbində boy atıb göyərən sözü. Söhbət əsnasında itir çən, duman, Eyni ahəng ilə vurur qəlbimiz. Çəkinə-çəkinə söz seçən zaman Mina axtarana bənzəyirik biz. Nə qədər olarmış qoruq, qadağa? Yüz ölçüb, bir biçmək müsibət imiş. Ala gözlərinə olum sadağa, Onun hər baxışı səadət imiş... Sən mənim sevincim, günüm, ayımsan, Taleyin bəxşişi - sevgi payımsan...
Xəzər okurunun profil resmi
17

Titrədi ürəyim, əsdi ürəyim, Arzum pardaxlandı yaz havasına. Ay uzaq dağlardan gələn çiçəyim, Qəlbimi köklədin yaz havasına. Doldu otağıma bənövşə ətri, Gül açmaq istədi quru ağaclar. Əllər yol gəlirmiş əlimdən ötrü, Sinəmdə saz oldu şəlalə saçlar. Yaxın gəl, təzədən bitim, göyərim, Çiçəklər şairə bir tacmış demə. Mənim para-para olan ciyərim, Çiçək qoxusuna möhtacmış demə... Qəlb gərək təzədən vurulmaq üçün, Başımın üstündən tufanlar əsmiş. Eşqin kor gözündə nur olmaq üçün, Bir zərif çiçəyin işığı bəsmiş... Titrədi ürəyim, əsdi ürəyim, Hissim pöhrələndi saz havasına. Ay uzaq dağlardan gələn çiçəyim, Qəlbimi köklədin yaz havasına.
Vəfa Hafiz okurunun profil resmi
Bu gördüyün bəxtəvərlər Dərdlərimdən hali deyil. Dünya yaxşı adamlardan Nə yaxşı ki, xali deyil. Ürəkdə nur, işıq varsa, Arzuların gülü solmaz. Dərd sevgiylə yoğrulmasa, Bizə belə doğma olmaz. Əzəldən öyrəncəliyik Ürəkdə qəm daşımağa. Səni bircə duyan varsa, Dəyər hələ yaşamağa...
Vəfa Hafiz okurunun profil resmi
-Qar tək soyuq idim mən bu həyatda, Neyləyim, beləymiş taleyim, belə... Odlu gözlərinin baxışı altda Qorxuram əriyib çevriləm selə... Həsrətin can verib cansız kağıza, Sakitcə oxumaq deyildir asan. Qorxuram biz düşək dilə-ağıza, Söz ver ki, sən məni unudacaqsan. -Kəsmisən üstümü, amanım yoxdu, Odumdan özgəyə köz verməmişdim... Səni unutmağa gümanım yoxdu, Səni sevməyə də söz verməmişdim.
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Nədən söhbət açaq bilmirik hələ, Tale görüşdürüb bu yolda bizi. Yaman sıxılırıq, tanısaq belə Uzaqdan-uzağa bir-birimizi. Gözüm tora düşüb sənin gözündə, Nəfəsin közərdir kül altda közü. Deməyə qorxuruq ikimizin də Qəlbində boy atıb göyərən sözü. Söhbət əsnasında itir çən, duman, Eyni ahəng ilə vurur qəlbimiz. Çəkinə-çəkinə söz seçən zaman Mina axtarana bənzəyirik biz. Nə qədər olarmış qoruq, qadağa? Yüz ölçüb, bir biçmək müsibət imiş. Ala gözlərinə olum sadağa, Onun hər baxışı səadət imiş... Sən mənim sevincim, günüm, ayımsan, Taleyin bəxşişi - sevgi payımsan...
2 sonraki yanıtı göster
Qəmər_ okurunun profil resmi
213
Vəfa Hafiz okurunun profil resmi
İçimdə qaynadı gənclik həvəsi, Məni zirvələrə qaldırdın bu gün. Axdı ürəyimə səsin, nəfəsin, Qəlbimi nur ilə doldurdun bu gün. Məni məftun etdi söhbətin, sözün, Elə bil təzədən gördüm səni mən. Bahar buludu tək dolmuşdu gözün, Öpdüm saçlarına düşən dəni mən. Sevdalı ürəyin gör nələr çəkib? Dadmısan nə qədər dərdi, zilləti. Qara gözlərini gözümə dikib, Əritdin qəlbimdən qara zülməti. Axır ürəyinə odlu göz yaşı, Gözümdə şimşəklər çaxır, əzizim. Dedin: qara rəngdən gəlməyir xoşun, Rəngin nə günahı, axı, əzizim?! Qəlbinin başında dərd qoşun-qoşun, Onu yumaq olmaz qarla, yağışla. Əgər qara rəngdən gəlmirsə xoşun, Qara xallarını mənə bağışla. Sevgi yarpaqları dönməz xəzələ Kimin ki qəlbində həyat eşqi var. Adı nur, qəlbi nur olan gözələ Neyləyə biləcək qara buludlar? (Tam da sənə uyğun oldu bu.😊)
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Bəxtimin ülkəri deyərdim sənə, Dayandıq üz-üzə, alışdıq, söndük. Nə vaxt uzaqdaydın, doğmaydın mənə, Nə vaxt yaxınlaşdıq, ögeyə döndük. Bu görüş, bu vüsal yalanmış, yalan, Başımın üstünü aldı qarlı qış. Demə, o duyğular kül altda qalan Közün axırıncı işartısıymış... Ürəyim - günbəgün soyuyan torpaq, O sevgi - bir payız çiçəyi imiş. Göz yaşın - budaqdan düşən son yarpaq, Ahların son bahar küləyi imiş...
2 sonraki yanıtı göster
33 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.