Gönderi

10/10
·220 syf.··
Beğendi
·
2024 9. kitabı
·
58 günde okudu
·
Okunma: 02 Temmuz 2024 16:13
Natiqlik incə mövzudur. Çox söz bilmək mühüm deyil, mühüm olan sözü harada işlətməyi bilməkdir. Coşqun bəy bu kiçik çaplı görünən kitabda dəyərli və ən mühüm məqamlara toxunub. Kitabın dili çox axıcıdır, lakin bu axara qapılıb kitabı tez bitirməyinizi tövsiyə etmirəm. Oxuyan zaman mütləq şəkildə qeydlər apararaq, verilən tapşırıqları işləmək lazımdır. Kitabda bir çox şəxslərin çıxışları, təcrübələri də fakt olaraq qeydə alınıb. Çıxışımızı təkcə danışığımızla deyil, başqa nələr ilə zənginləşdirə bilərik, hansı şəkildə başlayıb, bitirə bilərik? Məşhur şəxslər öz çıxışlarından öncə hansı üsullardan istifadə edir? Həyəcanımızı bəlli etmədən auditoriya hakimiyyətini necə qura bilərik? Bu kimi suallara "Danış görək" kitabında cavab tapa biləcəksiniz.
Psikoloji
Danış GörəkCoşqun Kərimov · Bakı, Dastan Yayımları · 202314 okunma
·
79 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.