8/10
·168 syf.··
2024 1. kitabı
·
32 günde okudu
·
Okunma: 01 Temmuz 2024 19:45
Salam, İlk növbədə deməliyəm ki , kitabı araşdırmadan və kitab haqqında heç bir məlumatım olmadan almışdım . Kitabxanda gördüyüm bu kitab çox diqqətimi çəkdi ,tibbdə oxuyan bir şəxs olaraq bu kitabın mənə tibb sahəsi ilə bağlı nələrsə qata biləcəyini düşünərək aldım. Kitab gənc həkim Dr. Bomgar'dan bəhs edir. Bomgar məzun olduqdan sonra, ucqar bir kəndə , kəndin tək həkimi olaraq göndərilir və orada bir çox xəstə və xəstəliklərlə rastlaşır . Həm gənc olması həmdə tibbdən yeni məzun olması ilə bağlı normal olaraq rastaldığı bəzi xəstəliklərdən çəkinir. Bacara bilərəm mi?! Yoxsa bacara bilmərəm mi ?! Qarşısında olan çətin bir xəstəliyə yoluxan xəstəni müalicə edə bilərəm mi?! Düşüncəsi ilə mübarizə aparır. Tam da burada yazıçı bizə bütün qorxularımıza qalib gələ biləcəyimiz mesajını verir çünki Bomgard bütün qorxu və onu ovucuna alan bu düşüncələrdən xilas olur. Qarşısına gələn hər cür xəstəni , xəstəliyi müalicə etməyi bacarır . Hətta bəzən bacarıqsız da ola bilir , ölümlədə nəticələnmə olur , yazıçı burada bizə bir vacib mesaj daha ötürür ki ölümün baş verməsi və yaxud nəyinsə istədiyimiz kimi yolunda getməməyi ,hərzaman bizim bacarıqsızlığımız demək deyil. Kitabı töfsiyyə edirəm, çox gözəl axıcı və maraqlı bir kitabdır. Xüsusəndə tibbdə oxuyan və tibbdən yeni məzun olmuş şəxslərə bu kitabı oxumağı şiddətlə töfsiyyə edirəm. Çünki yazıçı bu kitabda bizə cəsarətverici bir çox mesajlar ötürür. Nəinki tibb ümumiyyətlə işini sevən amma o işdə çətinlik çəkən və işindən çəkinən şəxslər oxumalıdır. Təşəkkürlər Sevgi ilə qalın.
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202332bin okunma
·
125 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.