Puan vermedi·248 syf.····Okunma: 10 Temmuz 2024 13:28 Elxan Elatlının qələmini hər nə qədər bəyənməsəm də, “Susan Qadın” kitabından sonra mənə həyatı düşündürən ikinci əsəri “Mərtəbələr” oldu. Həqiqətən də, əsərin əvvəlindən axırına qədər insanı düşündürən bir əsərdir. Yeri gəldikdə aza qane olmağı, həyatımızı sevməyi, anlayışlı ola bilməyi bizə öyrədən bir əsərdir. Ailəmiz bizim üçün əllərindən gələni edərkən, onlardan edə bildiklərinin daha artığını istəməyin qarşı tərəfi necə içdən içə məhv etdiyini, öldürdüyünü görmüş oluruq. Pulun, maddiyyatın bir insanı necə dəyişə biləcəyinə şahid oluruq. Əsl həyatı göstərən bir əsər olduğu üçün məndə həmişə yeri fərqli olacaq.