Valideyn həmişə uşaqla bağlı cürbəcür ümidlər, planlar qurur. Amma onların bu ümidi zəhərdi, zəhər. Sizə bir söz deyim: övladlarınızı yükləməyin, onları təmənnasız sevin, sonsuz, böyük bir duyğuyla sevin. Əvəz güdmədən, ondan nəsə ummadan, onun yerinə planlar qurmadan, onun əvəzinə arzulamadan. İmkan verin özü olsun. Sizin arzuların əsiri yox, öz arzularının, xəyallarının sultanı olsun. Sizin övladla bağlı qurduğunuz planlar ya onu, ya sizi bədbəxt edir. Çünki o öz arzularını boğub sizin istədiyiniz işlərlə məşğuldursa, özünü ömrünün sonuna kimi yarımçıq, bədbəxt hiss edəcək. Əgər o sizin istədiyiniz kimi olmasa siz özünüzü bədbəxt hiss edəcəksiniz.