Charlotte BrontëJane Eyre
Tətil başladığına görə səhifə sayı nisbətən çox olan kitab oxumaq qərarına gəlmişdim. Təsadüfən qarşıma çıxan Jane Eyre usanmadan oxuduğum bir kitab oldu.
●Qeyd
Adətim üzrə,ilk öncə kitabın müəllifi haqqında araşdırma apardım. Qarşıma çıxan məlumatlar isə kitabı oxuma istəyimi daha da artırdı. Araşdırmamın bəzi nüanslarını sizlərlə bölüşmək istərəm.
Belə ki, Charlotte Brontë şeir və romanlarını bir nəşriyyat evinin sahibinə təqdim edir. Nəşriyyat evinin sahibinin isə ona cavabı belə olur:
" Şeirlərini çox bəyəndim, amma qadın olduğun üçün heç bir şansın yoxdur." Bu cavabdan sonra Bronte şeirlərini kişi adı altında yayımlamaq qərarına gəlir.
●Kitabın yazıldığı dövr
Kitabın yazıldığı dövr (XIX əsr) Britaniya imperiyasının Viktoriya dövrünü əks etdirir. Kraliça Viktoriyanın adının verildiyi bu dövr Britaniya üçün təqdirəlayiq yüksəlişlərin baş verdiyi bir dönəmdir. Yüksəlişlər özünü ədəbiyyat sahəsində də göstərir. Təhsil, elm və maarif mühüm əhəmiyyət kəsb etməyə başlayır.
●Məzmun
Kitabımız adından da göründüyü kimi Jane adlı bir qızın həyatından bəhs edir. Jane daha doğularkən həyata bir addım geri başlayır. Səbəb isə ata anasının tez bir zamanda dünyadan ayrılmasıdır. Kiçik yaşlarından dayısının himayəsinə alınan Janenin sonrakı həyatı həm çətin həm yeni insanlar ilə tanışlığı ilə keçir.
Jane obrazında ən sevdiyim isə hər hansı bir situasiya altında olmasından asılı olmayaraq, daim öz ayaqları üstündə durmağı bacarmasıdır. Bu qadınların əzminin və gücünün nümunəsi idi. Kiməsə möhtac olmadan yaşamaq, lazım gəldikdə haqqlarını tələb etmək hər bir qadının ruhunda olmalıdır deyə düşünürəm.
Ümumilikdə isə kitabı çox bəyəndim. Hər səhifəsində yeni hisslər ilə qarşılaşdım. Oxumağı tövsiyyə edəcəyim kitablardan birinə çevrildi...