Gönderi

10/10
·280 syf.··
Beğendi
·
2024 13. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Temmuz 2024 14:38
Bölüşmək istədiyim o qədər duyğu var ki, hansından başlayım, bilmirəm. İnsanın pis və nankör əməllərinin onun ruhunun çirklənməsinə səbəb olacaq bir hekayənin eşiyində portretin eybəcərləşməsi ilə davam edən mükəmməl bir klassika. Ruhunu şeytana satmış bir adam. Özü qocalmayan, etdiyi çirkin əməlləri, həyata keçirdiyi cinayətlər üzündən çirkinləşən bir portret. Əsərdəki gözəllik anlayışının şişirdilməsi, Dorian Qreyin eqosu və təkəbbürü, qadınların ona aşiq olması və onlara vəd verib sonradan vaz keçməsi yeniyetmə bir gəncin həyatının bu çağında bata biləcəyi günahlardan xəbər verir. Bu çağın insana aşıladığı şəhvətli və ehtiras dolu hislər onu bataqlığa sürükləyir, batdıqca batırır. Dorian Qrey günahı və günahların insan üzərindəki təmsilini göstərir. Hər kəs sonda öz günahları ilə üzləşir. Allahın istədiyi günahların bədəlinin tək digər dünyada yox, bu dünyada da çəkilməsidir. 18-ci əsrin klassikasını və onun aşıladığı zərif hisləri hiss edərək, zövq alacağınız, əlinizdən yerə qoya bilməyəcəyiniz bir romandır. Spoyler vermək istəmirəm, sonunu sadəcə bu səhifələri vərəqləyərək görə bilərsiniz. Bir neçə il sonra təkrar oxuyacağım kitablardan biri oldu.
Dorian Gray'in PortresiOscar Wilde · Can Yayınları · 201899bin okunma
·
93 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.