·504 syf.··Beğendi
···Okunma: 21 Temmuz 2024 21:10 Xalid Hüseyninin digər əsərləri ilə müqayisədə daha çox mənfi tənqidlərə məruz qalan "Və dağlardan səda gəldi" romanını illər sonra ikinci dəfə oxudum və bir daha nə qədər dəyərli bir əsər olduğunu anladım. Doğrudur, insan oxuduğu hər növbəti səhifədə ağrılı ayrılıq səhnəsinə şahid olduğu, bir-birinə o qədər bağlı bacı-qardaşla bağlı daha yaxın izlər axtarışında olur, amma bəlkə əsərin məğzi də məhz elə bundadır. Əvvəlcə onların hekayəsi ilə tanış olur, daha sonra isə onların gələcək həyatına az və ya çox miqdarda təmas etmiş hər kəs və hər şey haqqında yetərincə geniş məlumatlar oxuyur, onlarla çox yaxından tanış oluruq, axtardığımız insanları isə sanki bu uzaq əlaqələri yavaş-yavaş izlədikcə tapmış oluruq, eynilə onların da bir ömür bir-biri haqda xatirələri yaddaşının və qəlbinin - şüurlu və ya şüuraltı bir şəkildə - bir kənarında dəyərli bir varlıq kimi qoruyaraq daşıyıb, günün birində bir-birlərinə təkrar qovuşması kimi. Və onu da qeyd etmək lazımdır ki, əsərdə adıçəkilən hər bir obrazın hekayəsi özlüyündə çox incə, dərin, diqqətlə işlənmiş detallar ehtiva edir və hər biri ayrılıqda çox güclü bir mini klassik əsər olma potensialına sahibdir.