Gönderi

10/10
·400 syf.··
2024 4. kitabı
·
11 günde okudu
·
Okunma: 22 Temmuz 2024 20:56
Həyatımıza girən insanların həyatımızı, ən öməlisi də özümüzü necə dəyişdiyini, bir zaman nifrətlə baxdığımız hər şeyi gün gələndə heç bir hiss-həyəcan keçirmədən etməyimizi Ülkərin həyat hekayəsi ilə bizə əks etdirilir. Hər şeyin təməli ailədən başlayır, elə sevginin də. İnsana ilk sevgi verən onun ailəsi olmalıdır. Xüsusi ilə də qız övladırırsa atası tərəfindən sevilmək həyata 1:0 öndə başlamaq deməkdir. Ülkərin atası da övladına qayğı göstərməkdən utanan və bunu özünə ayıb bilən insanlardandır. Qadınlar üçün onsuz da çətin olan həyat, ailəsi tərəfindən sevgi, qayğı, diqqət göstərilməyəndə daha da çətinləşir. Şəhəri, insanları, həyatı tanımayan bir gənc qız tək buraxılır. Ailəsi maddi dəstək olsa da, Ülkər ailəsindən ala bilmədiyi sevgisini hansısa tanımadığı yad insanlarda axtarmağa başlayır. Dərdini, başına gələnləri heç kimə danışa bilmədiyi üçün bataqlıqda batdıqca-batır. *** Ülkərin də dediyi kimi; çalışın səhv etməyin, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi əsla bağışlamayacaq. Lap Tanrı bağışlasa da, bağışlamayacaq...
Hayat
ŞantajElhan Elatlı · Teas Press · 0492 okunma
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.